Dünya
Burada orduya inam sarsıldı: Mümkün hücum zamanı ölkəni kim qoruyacaq?
Almaniyada keçirilən sorğuya əsasən, xalqın 70 faizi ordunun mümkün hücum qarşısında ölkəni qoruyacaq gücdə olduğuna inanmır.
Publika.az xəbər verir ki, “YouGov” tərəfindən keçirilən sorğuda 2079 nəfər iştirak edib.
Sorğunun nəticələrinə görə, orduya güvəndiyini bildirənlərin nisbəti cəmi 21 faiz olub, 8 faizlik qrup isə fikir bildirməyib.
Sorğu iştirakçılarının 40 faizi müdafiə büdcəsini yetərsiz hesab etsə də, 77 faizi artan müdafiə xərclərini qarşılamaq üçün vergilərin artırılmasına qarşı çıxıb. Respondentlərin 62 faizi dövlət xidmətlərində ixtisarların edilməsini, 59 faizi isə hökumətin daha çox borclanmasını istəmədiyini bildirib.
Yerli KİV-in məlumatına görə, Rusiya-Ukrayna müharibəsindən sonra müdafiə qabiliyyətini gücləndirməyə çalışan Almaniya 2029-cu ilədək müdafiə xərclərini 86 milyard avrodan 153 milyard avroya çatdırmağı planlaşdırır. Həmçinin 2035-ci ilə qədər aktiv hərbçilərin sayının 184 mindən 260 minə, ehtiyat qüvvələrinin sayının isə 200 minə çatdırılması hədəflənir.
Bu məqsədlərə çatmaq üçün Almaniyada 2011-ci ildə dayandırılmış məcburi hərbi xidmətin yenidən tətbiqi də müzakirə olunur. Lakin xüsusilə gənclər arasında bu təşəbbüsə qarşı narazılıq davam edir.
Müəllif: Roza
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin106:16Röyadan fərqli fotolar
-
İdman03:13İngiltərədə ağlasığmaz qol vuruldu - VİDEO
-
Qoroskop00:30Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin222 Avqust 23:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22 Avqust 22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122 Avqust 22:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO

































