Dünya
İncirlikdə hazırlanan “ölüm siyahısı” – Türkiyədə 1000 bomba partlamalı idi – ŞOK PLAN
Hərbi çevriliş cəhdində iştirakda ittiham olunaraq həbs edilən Hataydakı 39-cu mexaniki piyada diviziyasının komandiri, general Hasan Polat məlum hadisədən əvvəl İncirlik bazasında amerikalılarla görüşüb.
Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, generalın amerikalılarla 12 dəfə görüşdüyü ortaya çıxıb.
İddiaya görə, Fəthullahçı Terror Təşkilatı/Paralel Dövlət Quruluşu (FETÖ/PDY) ilə amerikalılar hərbi çevrilişin müvəffəqiyyətli olması üçün öldürülməsi lazım olan şəxslərin sayını belə planlaşdırıblar. Qeyd olunur ki, hərbi çevriliş cəhdinin İstanbul və Ankarada müvəffəqiyyətli olacağı halda bir “vəhşilik planı” tətbiq edilməli idi.
Bildirilir ki, Anadolu şəhərlərinin mərkəzi yerlərində minə yaxın bombanın partladılması planlaşdırılırdı. Yaranacaq xaos və qarışıqlıqdan faydalanmağı düşünən qiyamçılar vilayətlərin mərkəzlərini ələ keçirməli idi.
Ömər Dağlı
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
MDB12:19Hamının "zəifləyib" dediyi Rusiya ordusunda yeni növ birləşmələr yaradıldı
-
Region11:58Erməni nazir İranı təriflədi - Tehran və İrəvan ikinci körpünü tikəcək
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
































