Dünya
Çavuşoğlu Gülənin ekstradisiyasından DANIŞDI
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-da yaşayan “FETÖ” terror təşkilatının rəhbəri Fətullah Gülənin ölkəyə ekstradisiya edilməsi ilə bağlı aparılan danışıqlara münasibət bildirib.
Publika.az “TRT Xəbər”-ə istinadən bildirir ki, nazir M.Çavuşoğlu hazırda Fətullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı danışıqlar aparıldığını söyləyib: “ABŞ Fətullah Gülənin başqa ölkəyə qaçmasına şərait yaratmamlı, onu Türkiyəyə təhvil verməlidir. Əgər bir dövlət kimisə vermək istəmirsə, ekstradisiya məsələsini bilərəkdən uzun müddət davam etdirəcək. Ancaq kimsə terrorçunu Türkiyəyə təhvil verməkdə israrlı olarsa, bunu ən qısa zamanda edə bilər. Buna görə vaxtı uzatmağa ehtiyac olmaz. Biz “FETÖ” terror təşkilatının başçısı Fətullah Güləni Türkiyədə 17-25 dekabrda dövlət çevrilişinə cəhd zamanı ABŞ-dan istəmişdik. O zamana qədər Fətullah Gülən Türkiyənin polis təşkilatlarında qiymaçı adamlarını yerləşdirmişdi. Ancaq biz onları təmizlədik. Əgər biz o zaman polisdəki xainləri təmizləməsəydik, indi vəziyyət tamam fərqli olacaqdı”.
M.Çavuşoğlu hazırda ABŞ ilə Türkiyə arasında ekstradisiya ilə bağlı müqavilə olduğunu söyləyib: “Bizim ABŞ-la ekstradisiya ilə bağlı əməkdaşlığımız mövcuddur. İndiyədək ABŞ da digər ölkələrdən terrorçuların təhvil verilməsini tələb ediblər. Ancaq həmin ölkələrdən heç biri ABŞ-a “bu adamın terrorçu olduğunu sübut edən yetərli dəlil gətirin, sonra verək” deməyib. ABŞ Usama Bin Ladeni istəyən zaman, həmin ölkəyə hər hansı dəlil sənədi təqdim etməyib. Onsuz da dəlil ortadadır, bu, 15 iyul hadisələridir. Biz Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunması üçün ABŞ-a kifayət qədər dəlillər təqdim etmişik və yenə də edirik. İnanıram ki, bütün bunların nəticəsi olaraq ABŞ Fətullah Güləni Türkiyəyə təslim edəcək”.
Vasif Həsənli
-
İdman13:50DÇ-nin finalındakı şouda rus sözləri aranı qarışdırıb, FİFA susur - FOTO
-
Ekologiya13:00Gecə yarısı partlayış olub - Yeri nə gözləyir?
-
Rəsmi xronika12:58Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi - Yeniləndi/Foto
-
Köşə11:54Kəsilməmiş qarpız fəlsəfəsi
-
Rəsmi xronika11:03İlham Əliyev Belçika Kralını təbrik etdi
-
Sosial10:24Azərbaycan əhalisinin sayı artdı
-
Region09:48Türkiyə və Rusiya klinikalarında qiymət: Harada daha ucuzdur?
-
Dünya09:42Trampla Meloni arasında qalmaqal yaradan jurnalist öldü






















.jpg)













