Sarkisyan çətin SEÇİM QARŞISINDA: Ya şərtləri qəbul edəcək, ya da...
Bizi izləyin

Dünya

Sarkisyan çətin SEÇİM QARŞISINDA: Ya şərtləri qəbul edəcək, ya da...

Ermənistanda yeddi gündür ki, silahlı qrupun polis binasını tutması və girovları əlində saxlaması Serj Sarkisyanın vəziyyətini çətinləşdirir.

Publika.az xəbər verir ki, silahlı qrup “Yeni Ermənistan” hərəkatının həbsdə olan lideri Jirayr Sefilyanın azad olunmasını və Sarkisyanın istefa verməsini tələb edirlər. İlk günlər silahlı qrup terrorçu kimi təqdim olunsa da, daha sonra ermənilər onları dəstəkləməyə başladı. Artıq üç gündür hər axşam Sarkisyana qarşı etiraz aksiyası keçirilir və girovların azad olunması üçün deyilən şərtlərin yerinə yetirilməsi tələb olunur.

Ermənistan mediasının məlumatına görə, hakimiyyət daxilində ciddi narahatlıq var.

“1in.am” saytı yazır ki, uzun müddətdən sonra danışan Sarkisyan qiyamçılarla məsələni sülhlə həll etməyin tərəfdarı olduğunu desə də, əslində prosesin qanla bitəcəyinə işarə etdi.

“O, dolayısı ilə bildirdi ki, sonsuza qədər səbir etmək fikri yoxdur”, - deyə sayt yazıb.

Bu arada, qiyamçılar girovları buraxmaq qərarına gəliblər. Bir şərtlə ki, mətbuat mərkəzi yaradılacaq və jurnalistlərin sərbəst girişi təmin olunacaq. Lakin erməni ekspertlər Sarkisyan hakimiyyətinin bu şərti də qəbul etməyəcəyini, gücə əl atacağını düşünürlər. Onların fikrincə, Sarkisyan indiyə qədər səbir etdi, bundan sonra hər kəsə yerini göstərmək qərarına gəlib.

“İrs” partiyasından olan deputat Zarui Postandjyan isə hesab edir ki, Sarkisyan təcili istefa verməlidir.

“Onun gedişi ağrısız və qansız olmalıdır. Fikrimcə, Sarkisyanın hadisə ilə bağlı bəyanatı xəyanətə bərabərdir. Ermənistanda etirazların Jirayr Sefilyana aidiyyəti yoxdur. Bu, ümumi narazılığın təzahürüdür. Bizim bir tələbimiz var. Sarkisyan getməlidir. Başqa çıxış yolu yoxdur”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm