Dünya
Qiyamçılar təyyarəni VURDU - VİDEOLAR
İrəvanda polis-patrul alayının binasının tutan silahlı qrup bütün girovları azad etsə də, binanı tərk etməyib.
Publika.az xəbər verir ki, müxalif qrupları
Sarkisyanın istefasını və həbsdə olan Jiray Sefilyanın azad
olunmasını tələb edən silahlılara dəstək aksiyaları keçirir.
Hazırda silahlı qrupun olduğu Xorenaçi küçəsində sakitlik hökm
sürsə də, etirazlar əsasən axşam saatlarında başlayır. Dünən axşam
binanı tərk etmək istəməyən silahlı qrup hakimiyyətin onlara yemək
verilməsini qadağan etməsinə etiraz olaraq, polis maşınını
yandırıb.
Özlərini “məğlubedilməz döyüşçülər” adlandıran silahlı qrupun
üzvü Varujan Avetsyan qeyd edib ki, onlar həmçinin, polisin
pilotsuz uçan aparatını da vurublar.
“Bizə yemək, işıq vermirlər, əlaqəni kəsiblər. Buna görə də biz
etirazımızı bu cür bildiririk. Polis maşınını yandırdıq, həmçinin,
bizim olduğumuz zonaya göndərilən pilotsuz aparatı iki atəşlə məhv
etdik. Əhval-ruhiyyəmiz yaxşıdır, çünki biz azad olunmuş
ərazidəyik. Bütün xalqı etiraza səsləyirik”, - deyə o
bildirib.
Qeyd edək ki, silahlı qrup iyulun 17-də polis binasını ələ
keçirərək, polis əməkdaşlarını və yüksək rütbəli polis zabitlərini
girov götürüb. Onlar həbsdə olan “Yeni Ermənistan” hərəkatının
lideri J.Sefilyanın azad olunmasını, prezident Serj Sarkisyanın
istefa verməsini tələb edirlər. Girovluqda olan şəxslərin hamısı
iyulun 23-nə qədər sərbəst buraxılıb. Hazırda silahlı qrup
olduqları binanı tərk etmir və əvvəlki tələblərini irəli sürürlər.
Ermənistanda müxalifət onlara dəstək verir. Dünən Sarkisyanın
qiyamçıların lideri olan J.Sefilyanla görüşməyə razı olduğu haqda
məlumatlar yayılmışdı. Lakin hakimiyyət əvvəlcə polis binasının
azad olunmasını və qiyamçıların hüquq-mühafizə orqanlarına təslim
olmasını tələb edib.
Asif
-
ABŞ08:30Dünyanın ən fəal terrorçusu məhv edildi - Tramp detalları açıqladı
-
ABŞ08:15ABŞ və İsrail İrana hücumları bərpa edəcək - Bu tarixdə
-
Sağlamlıq06:46Qıtlıq olacaq: Hansı dərmanlar tapılmayacaq?
-
Qoroskop01:20Günün ulduz falı: romantik anlar yaşanacaq
-
Sosial15 May 23:35Azərbaycanda pensiyalarla bağlı yenilik
-
Sosial15 May 22:04Bu qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
-
Sosial15 May 20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc15 May 20:12Bayram namazının vaxtı açıqlandı





























.jpg)



