• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

“Rusiya qayıtdı...” – NATO TƏŞVİŞDƏ

  • Dünya
  • 30 İyul 2016 08:07
  • 3 525 Baxış
“Rusiya qayıtdı...” – NATO TƏŞVİŞDƏ

İyulun 28-də ABŞ-ın Kolorado ştatında təhlükəsizlik üzrə forum keçirilib.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, iştirakçılar əsas beynəlxalq mövzular üzrə, həmçinin Rusiya ilə münasibətlər haqqında fikirlərini bildirdilər.

ABŞ milli kəşfiyyatının direktoru Ceyms Klepper bildirib ki, Rusiya onların prioritetliləri siyahısına daxil edilib və məxfi brifinqlərdə ABŞ-ın yeni prezidentinə bu haqda məlumat veriləcək. Klepper hesab edir ki, Rusiya Türkiyə və NATO arasındakı istənilən gərginlikdən mütləq istifadə edəcək. Klepperin sözlərinə görə, ABŞ-ın milli kəşfiyyatı Demokratlar Partiyasının serverlərini qıranların adlarını açıqlaya bilmir.

ABŞ Silahlı Qüvvələr Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, generalı Cosep Votel qeyd edib ki, Amerika hərbçiləri ABŞ administrasiyasından uyğun olan göstərişlər alarsa, Rusiya ilə Suriya üzrə işlərini “növbəti səviyyəyə” keçirməyə hazır olacaqlar.

NATO-nun Avropa Komandanlığının rəhbəri Kertis Skaparotti isə alyans üzvlərinin hərbi xərclərinin azlığından şikayətlənib. O, bildirib ki, ittifaqa daxil olan ölkələr ümumi daxili məhsulun 2 faizindən daha az vəsaiti müdafiəyə xərcləyəcəyi halda, NATO özünün operativ silahlı qüvvələrini müasirləşdirə bilməyəcək. General qeyd edib ki, Rusiya son zamanlar orduda silahların müasirləşməsini müvəffəqiyyətlə həyata keçirib.

“Rusiya qayıtdı. Görünür ki, onlar müasirləşməni həyata keçirərək öz güclərini yenidən təşkil edirlər. Yəni, qüvvələr az, amma daha peşəkar”, - o, qeyd edib.

Skaparotti həmçinin Rusiya tərəfindən Suriyada döyüşçülərə qarşı yüksək dəqiqlikli silahının müvəffəqiyyətlə istifadəsini xatırladıb: “Bizim rəqibimiz var. Ona çox ciddi yanaşmaq lazımdır”.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR