Dünya
Prezidentin "ölən" qızı ABŞ səfirliyində gizlənir: film kimi ÇEVRİLİŞ PLANI - - FOTO
Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük
qızı Gülnarə Kərimova ABŞ-ın Daşkənddəki səfirliyində gizlənir.
Publika.az xəbər verir ki, bu iddia ilə Amerikanın
“BuzzFeed” portalı çıxış edib.
Portal yazır ki, Kərimova Amerika səfiri Pamela Spratlenlə uzun
müddət sıx əlaqədə olub.
İddialara görə, İslam Kərimovun öldüyü vaxt Gülnarə ABŞ-dakı
əlaqələrindən istifadə edərək, hakimiyyəti ələ keçirməyə cəhd
edib.
Portal Gülnarənin Amerika səfirinə məktubunu da üzə çıxarıb.
Məktubda deyilir ki, o, prezident postuna iddia edə bilmir, lakin
öz namizədini təklif edir. Bu ədliyyə naziri Muzrafa İkramovdur.
Gülnarə qeyd edir ki, İkramov Özbəkistanda Amerika maraqlarını
qorumaq əzmindədir.
“Lakin bu plan baş tutmayıb. ABŞ da qarşıdakı regional planları
üçün “özbək şahzadəsinə” kömək göstərib və o, Amerika səfirliyində
gizlədilir. ABŞ onu əlverişli vaxt üçün qoruyur”, - deyə portal
yazıb.
Qeyd edək ki, bir neçə gün öncə G.Kərimovanın gecə öldürülərək
basdırıldığı xəbəri yayılmışdı. Sonradan bunun təkzib edən
informasiyalar da yayıldı. Lakin 2013-cü ildə islam Kərimov
tərəfindən Londonda ev dustaqlığına məhkum edilən Gülnarə indiyə
qədər ictimaiyyət qarşısında görünməyib. O, hətta atasının yas
mərasiminə də gəlməmişdi.
Asif
-
ABŞ02:4411 sentyabr terror aktının pərdəarxası: MKİ 71 məxfi sənədi yayımladı
-
Qoroskop01:40Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI












.jpg)

.jpg)
.jpg)







.jpg)





.png)




