“Dördlər ittifaqı” qələbənin bir addımlığında – Rusiyadan veto
Bizi izləyin

Dünya

“Dördlər ittifaqı” qələbənin bir addımlığında – Rusiyadan veto

Suriyanın müxalifət qüvvələri bir-birinin ardınca Hələbdə ağır məğlubiyyətlər alır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, müxalifət Hələbdə nəzarət etdiyi ərazilərin 70 faizini itirib.

Baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı Suriya ordusunun Hələbin şərqində yerləşən strateji əhəmiyyətli Əl-Şaar rayonu da daxil olmaqla beş bölgəni ələ keçirdiyini bildirib. Müxalifət Suriya ordusunun son qələbələri ilə Şərqi Hələbdə nəzarət etdiyi bölgələrin təxminən dörddə üçünü itirib.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada terrorçuların şəhərin cənubuna doğru geri çəkildiyi bildirilib.

Əl-Şaar Hələb beynəlxalq hava limanının təxminən 10 kilometrliyində yerləşir. Suriya dövlət televiziyası hava limanının da tamamilə azad edildiyini xəbər verib, ancaq müxalifət mənbələri bu məlumatı təsdiqləməyib. Müxaliflərin əlində olan bölgələrdə hazırda 100 minə yaxın insan yaşayır. Bölgənin əhalisi çətin humanitar vəziyyətlə üz-üzədir, ərzaq çatışmazlığı kəskin şəkildə hiss olunur, işlək vəziyyətdə olan bir xəstəxana belə yoxdur. Rejim ordunun əməliyyatları zamanı Şərqi Hələbdəki xəstəxanaların hamısı yararsız vəziyyət düşüb.

Məlumata görə, vətəndaşlar ordunun azad etdiyi bölgələrə qayıtmağa başlayıb.

Birləşmiş Millətlər Təşkilatı Hələbdə mühasirədə qalan bölgələrə humanitar yardımın çatdırılması üçün Təhlükəsizlik Şurasına atəşkəsin əldə edilməsini nəzərdə tutan qətnamə layihəsini təqdim edib. Lakin qətnamə layihəsi Rusiya və Çinin vetosu ilə qarşılaşıb. Rusiya isə veto qərarını tənqid edən ABŞ-ı Hələbdə müxalifət güclərinə zaman qazandırmaq cəhdində ittiham edib.

Qeyd edək ki, Suriya rejiminə qarşı əməliyyatlarda Rusiya ilə yanaşı, İran və Livanın “Hizbullah” təşkilatı dəstək göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm