Dünya
Süni intellektin yol açdığı problemlər: Bir çox sayt bağlanmaq üzrədir
“Google”ın yeni süni intellekt axtarış xüsusiyyəti media dünyasında böyük müzakirələrə səbəb olub. Çünki bu sistem istifadəçiyə birbaşa məlumat təqdim edərkən, xəbər saytlarına tələbatı əhəmiyyətli dərəcədə azalda bilər.
Publika.az "Daily Mail"ə istinadən xəbər verir ki, veb saytlara yönləndirmək əvəzinə, axtarış nəticələrini birbaşa ümumiləşdirən bu sistem, xəbər saytlarına klikləməni 50 faiz azaldıb.
Məlumata görə, hətta Avropa Komissiyası "Google" ilə bağlı araşdırma başladıb.
Türkiyəli mütəxəssis Əli Murat Kırıkın sözlərinə görə, həm ABŞ-da, həm də Avropa Birliyində bir çox sayt bağlanmaq üzrədir:
“İndi istifadəçilər axtarış sisteminin süni intellekt rejimindən istifadə edərək məzmun və xəbərlər axtarırlar. Burada heç bir mənbə göstərilmədən yalnız kiçik bir sayt ünvanı verilir. Lakin istifadəçi bu sayta klikləsə, xəbərin tam məzmununa daxil ola bilər. Başqa sözlə, “Google” xəbərləri onların adından tərtib edir, yönləndirir və təqdim edir. Bu vəziyyət oxunmanın azalmasına və həmçinin xəbərlərdə dezinformasiyaya, manipulyasiyaya və yönləndirməyə səbəb olur”.
Roza
-
Region11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
-
MDB10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq
-
İdman09:40Ronaldonun bacısından təsirli paylaşım: Taleyini dəyişdin, Portuqaliyanı da...
-
Ekologiya07:30Leysan, dolu, qar - Bu günün havası
-
Magazin107:17İradə İbrahimova: “Qadın evlidir, amma başqasını sevir”
-
Avropa05:15Ukrayna ilə bağlı qorxulu proqnoz
-
Dünya04:44Suyun altında dava düşdü - VİDEO











.jpg)










.jpg)





.jpg)







.jpg)

