Dünya
Putinin nümayəndəsi: “Rusiya sübut edə bilər ki...”
“Rusiyada Xan-Şeyxundakı hadisələrin təxribat olduğuna dair təkzibedilməz sübutlar var”.
Publika.az “RİA-Novosti” agentliyinə isinadən xəbər verir ki, bunu Rusiya prezidentinin Suriya məsələləri üzrə nümayəndəsi, Astanada keçirilən Suriya üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin başçısı Aleksandr Lavrentev deyib.
“Bu, Suriya torpaqlarında sülhün əldə olunmasında maraqlı olmayan şəxslər və strukturların təxribatıdır. Amma, təəssüf ki, izahatlar, dəlillər və sübutları təqdim etmək üçün göstərdiyimiz bütün cəhdlərimiz Qərb tərəfindən anlayışla qarşılanmır”, - Lavrentev jurnalistlərə söyləyib.
O əlavə edib ki, Rusiya tərəfi Qərb ölkələrini Suriya hökuməti ilə bağlı öz mövqeyini dəyişdirməyə inandırmaq üçün çalışmağa davam edəcək.
Xatırladaq ki, aprelin 4-də İdlib vilayətində kimyəvi silah hücumunda 80 nəfər ölüb, 400-dən çoxu zəhərlənib. Buna cavab olaraq ABŞ aprelin 7-də Suriya ordusuna məxsus Şayrat aviabazasını bombalayıb.
Müxalifət gücləri, həmçinin Türkiyə və Qərb kimyəvi hücumun Suriya ordusu tərəfindən həyata keçirildiyini bildirsələr də, Dəməşq ittihamları qəbul etmir. Rusiya isə hadisənin dəqiq araşdırılmasını tələb edir.
Dünən isə “RİA-Novosti” agentliyinə hərbi-diplomatik mənbə bildirib ki, Suriyada ordu qüvvələri tərəfindən dinc əhaliyə qarşı kimyəvi silahın tətbiqi üzrə səhnə çəkilişləri aparılıb. Onun sözlərinə görə, sifarişçi və çəkilişlərin sponsoru Avropadadır.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ömər Dağlı
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar etmək vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
İnanc25 May 21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB25 May 21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!
-
Elm və təhsil25 May 19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya25 May 18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq


































