Dünya
“Bunu əvəzsiz etmək niyyətində deyilik”- Ağ Evdən Moskvaya BƏD XƏBƏR
“Amerika tərəfi Rusiyanın diplomatik mülkiyyətini əvəzsiz qaytarmaq niyyətində deyil”.
Publika.az xəbər verir ki, bu haqda Ağ Evdəki yüksək vəzifəli məmura istinadən “RİA-Novosti” agentliyi bildirib.
Daha əvvəl – iyulun 14-də ABŞ prezidentinin köməkçisinin müavini Sebastyan Qork bildirib ki, Ağ Evdə Rusiya diplomatik mülkiyyətin Moskvaya qaytarılması imkanına baxılır. Lakin o, Suriya müharibəsini xatırladıb.
“Unutmayın ki, Suriyada 400 mindən çox insan öldürülüb. Bu, dəhşətlidir. Amma biz Kremlin yaxşı niyyətini görəcəyiksə, onda paytaxtlarımız arasında münasibətlərin yaxşılaşması mümkündür”, - amerikalı məmur deyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə cavabında bildirib ki, Moskva öz maraqlarından geri çəkilməyəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bu tələbi səhv adlandırıb. O qeyd edib ki, diplomatik mülkiyyətin qaytarılması üçün hər hansı tələblərin irəli sürülməsi beynəlxalq hüququn normalarına zidddir.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama administrasiyası 2016-cı il dekabrın 29-da “seçkilərə müdaxilə” və “Amerika diplomatlarına təzyiqə” görə Rusiyaya qarşı tətbiq edilmiş yeni sanksiyalar paketi çərçivəsində 35 Rusiya diplomatını “arzuolunmaz şəxs” elan edib. Bundan başqa, Rusiyanın Merilend və Nyu-Yorkdakı diplomatik nümayəndəlikləri bağlanıb.
ABŞ-ın dövlət katibi Reks Tillerson isə bir neçə gün əvvəl bildirib ki, sanksiyaların ləğvi yalnız Suriya və Ukrayna münaqişələrinin həllindən sonra mümkündür.
Ömər Dağlı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı


































