Dünya
Lavrovdan XƏBƏRDARLIQ: “Bu, faciəyə gətirib çıxaracaq”
Koreya Xalq Demokratik Respublikasının (KXDR) ətrafında vəziyyət üzrə hərbi ssenarini təhrik etmək cəhdləri faciəyə gətirib çıxaracaq.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Federasiya Şurasında “hökumət saatı”nda çıxışı zamanı bildirib.
“Koreya yarımadası ətrafında vəziyyət narahatlıq doğurur. Gərginliyin tədricən azaldılmasına və danışıqlara alternativ mövcud deyil. Hərbi ssenarini təhrik etmək cəhdləri faciəyə gətirib çıxaracaq”, - o deyib.
Lavrovun sözlərinə görə, Rusiya Çin ilə birgə mövcud problemin həllinə imkan verən “yol xəritəsi”ni hazırlayıb.
“Bu yanaşmanın tərəfdarlarının sayı artır”, - Lavrov qeyd edib.
Ömər Dağlı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq