Dünya
Ərdoğanın müavini Qəbələyə gəlir
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşəbbüsü və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə 4-5 iyun tarixində Qəbələ şəhərində “İqtisadi Əməkdaşlıq Təşkilatının Fəlakət Riskinin İdarə Olunması üzrə 7-ci Beynəlxalq Konfransı” keçiriləcək.
ANS PRESS-in məlumatına görə, konfransda İqtisadi Əməkdaşlıq
Təşkilatına üzv olan Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan,
Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın
fövqəladə halların idarəedilməsi sahəsində cavabdeh dövlət
qurumlarının rəhbər şəxsləri və nümayəndələri iştirak edəcək.
Bundan əlavə tədbirdə BMT, BMT-nin İnkişaf Proqramı, BMT-nin Uşaq
Fondu, BMT-nin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və
Sosial Komissiyası, BMT-nin Humanitar Yardımlarının İdarəedilməsi
Ofisi, Almaniya Texniki yardım Federal Agentliyi, Almaniya
Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Yaponiya Beynəxalq Əməkdaşlıq
Agentliyi, Asiya Fəlakətlərə Hazırlıq Mərkəzi, Asiya Fəlakətlərin
Azaldılması Mərkəzi, İƏT-in Fəlakət Riskinin İdarəedilməsi Regional
Mərkəzi, Freie Universiteti, Mərkəzi Asiya Tədqiqi GeoElmlər
İnstitutu, Beynəlxalq Zəlzələ mühəndisliyi və Seysmologiya
İnstitutu, Almaniya Qırmızı Xaç Cəmiyyəti və Azərbaycan Qızıl
Aypara Cəmiyyətindən olan nümayəndələrin iştirakı gözlənilir.
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın müavini Bəşir Atalayın da
konfransda iştirak edəcəyi bildirilir.
Sözügedən tədbirin keçirilməsində əsas məqsəd təşkilata üzv
ölkələrin müvafiq qurumları və təşkilatla sıx əməkdaşlıq edən
beynəlxalq təşkilatlar arasında mülki müdafiə, əhalinin və
ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan
qorunması, onların qarşısının alınması və nəticələrinin aradan
qaldırılması sahəsində birgə əməkdaşlığı daha da
dərinləşdirməkdir.
-
Magazin119:00
Əli Mirəliyev yeni imicindan DANIŞDI: "Məndən ötrü ölənlər olub" - VİDEO
-
Kriminal18:00
Azərbaycandan qaçdığı düşünülən seksual manyak gizli şəkildə çobanlıq edirmiş
-
Sağlamlıq17:21
Xroniki baş ağrısına səbəb olur - Bu dərmanlar təhlükəlidir!
-
Kriminal17:00
Tələbənin maşını ilə dəhşətli qəza törədən gənc həbs edildi - FOTO
-
Cənubi Qafqaz16:40
Bu ölkə Avropanın İrəvana yardımını Bakıya görə blokladı - Ermənistana “soyuq duş”
-
Dəb16:27
Dünya qədər pulu var, amma sevgilisinə normal geyim ala bilmir? - FOTO
-
Nida Xəbər 15:58
Fransa daxili işlər nazirinin bu iddiaları əsassızdır - XİN
-
Nida Xəbər 14:40
Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb