Dünya
400 separatçıya hücum əmri
Separatçılar bu gecə Ukraynanın Luqansk vilayətinin sərhəd xidmətinə genişmiqyaslı hücum həyata keçiriblər.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, hücuma hazırlıq yerli vaxtla saat 00.30 radələrində başlayıb.
Həmin vaxt təxminən 100 silahlı sərhəd xidmətinə yaxınlaşaraq mövqe tutub. Avtomat və qumbaraatanlarla silahlanan silahlıların birinci hücumu təxminən saat 4-də başlayıb və 40 dəqiqə davam edib. İlk hücumu sərhədçilər müvəffəqiyyətlə dəf ediblər.
Bundan sonra isə separatçılar mövqeyini dəyişərək yenidən hücum edib. Sərhəd xdmətindən verilən məlumata görə, sərhədçilərə yaxınlıqda yerləşən evlərin pəncərələrindən snayper atəşi açılıb. İkinci hücumun da dəf edildiyi bildirilir.
Məlumata görə, bundan sonra da sərhəd xidməti ətrafına terrorçuların əlavə qüvvələrinin cəmləşməsi davam edib. Saat 7-də onların sayının təxminən 400-ə çatdığı bildirilir.
Ukrayna Silahlı Qüvvələri və hüquq-mühafizə orqanlarından yardımın olmadığı deyilir.
Ömər Dağlı
-
Hadisə18:00Ağcabədidə dəhşətli qətl: Ər arvadını balta ilə doğradı
-
MDB17:41Məşhur aktrisanı maşın vuraraq öldürdü
-
Elm və təhsil17:22Əməkdar həkimə vəzifə verildi - Foto
-
MDB17:09Turistlər dəhşətli meşə yanğınını belə törətdilər - Video
-
İdman15:54Ronaldo bir dəfə saunada bədənini göstərib soruşdu ki… - Antoni
-
Ekologiya15:46Hava ilə bağlı xəbərdarlıq
-
Hadisə15:30Vəfat edən həkimin ölüm səbəbi məlum oldu - FOTO
-
Hadisə14:34Azərbaycanda çay şirkətinin rəhbəri qəfil vəfat etdi

























.png)

.jpg)






