Dünya
Moskvada azərbaycanlı milyarderlərin bazarı YANDI – FOTO/VİDEO
Rusiya paytaxtı Moskvanın cənubi-şərqində yerləşən “Sadovod” bazarının ticarət pavilyonunda yanğın baş verib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) paytaxt üzrə baş komitəsinin nümayəndəsi bildirib.
Bazarın mətbuat xidmətindən dəqiqləşdiriblər ki, yanğın təmir işləri həyata keçirilən zonada inşaat zibilinin alışması nəticəsində baş verib. Yanğının sahəsi 250 kvadrat metr təşkil edib. Artıq yanğının lokallaşdırıldığı bildirilir.
FHN-dəki mənbənin sözlərinə görə, bir nəfər zərər çəkib. Ərazidən 150-dən çox insan təxliyyə olunub.
Xatırladaq ki, bazarda ötən həftə də inşaat zibili yanıb. Yanğının sahəsi 300 kvadrat metr təşkil edib.
“Sadavod” bazarı Qoda Nisanov və Zarah İliyevin sahib olduğu “Kiyevskaya Ploşad” şirkətinə məxsusdur. Bazar Moskva Dairəvi Avtomobil Yolunun kənarında yerləşir və Rusiyanın ən iri topdan-pərakəndə satış mərkəzlərindən sayılır. Ümumi ərazisi 40 hektardan çoxdur. Burada geyim, uşaq malları, ov-balıqçılıq ləvazimatları, turizm məhsulları, gül-çiçək və bağ-həyət ləvazimatlarının satışı ilə məşğul olan 8 mindən çox pavilyon fəaliyyət göstərir.
Ömər Dağlı
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular














.jpg)

















.jpg)

.jpg)