Tramp insanlara qarşı vəhşicəsinə işgəncələrə İCAZƏ VERDİ - ŞOK ADDIM
Bizi izləyin

Dünya

Tramp insanlara qarşı vəhşicəsinə işgəncələrə İCAZƏ VERDİ - ŞOK ADDIM

ABŞ prezidenti Donald Tramp prezident seçildikdən sonra ilk dəfə Konqresdə çıxış edib.

Publika.az xəbər verir ki, ABŞ prezidenti bir neçə məsələyə toxunub.

O, uzun müddətdir müzakirə edilən “Quantanamo” həbsxanasının açıq qalıb-qalmaması məsələsinə aydınlıq gətirib. Prezident "Hərbi siyasətimizi yenidən nəzərdən keçirən və “Quantanamo” körfəzindəki həbsxananın açıq qalması təlimatını verən bir sərəncam imzaladım” ifadələrini işlədib.

Tramp çıxışının xarici siyasət və təhlükəsizlik bölməsində Rusiya və Çinin ABŞ-ın mənafeyinə, iqtisadiyyatına və dəyərlərinə meydan oxuduğunu bildirib:

“Dünya miqyasında sərsəri rejimlər, terrorçu qruplar, qazanclarımıza, iqtisadiyyatımıza və dəyərlərimizə meydan oxuyan Çin və Rusiya kimi rəqiblərlə üzləşirik. Bu çətin dövrdə ABŞ Konqresindən orduya dəstək verməsini istəyirəm”.

Təhlükəsizlik mövzusunda narahatlığını dilə gətirən Amerika prezidenti nüvə silahlarının yenilənməsinə diqqət çəkib:

“Nüvə silahlarımızı yenidən inşa etməli və müasirləşdirməliyik. Bəlkə gələcəkdə bir gün ölkələr nüvə silahlarının ləğvi üçün bir araya gələcək, amma o bu gün deyil”.

İran xalqının hər zaman yanında olduğunu dilə gətirən Tramp Şimali Koreyaya ismarış göndərməyi unutmayıb:

“Kuba və Venesuela hakimiyyətləri sosialist diktator rolunu oynayır. Ancaq heç bir rejim öz xalqına Şimali Koreyanın vəhşi diktatorluğu qədər təzyiq göstərməyib”.

Prezident müxtəlif yollarla ABŞ-a köç edən və qaçqınlıq status alan şəxslərin də tez bir zamanda qarşısının alınacağını və Amerikadan deportasiya ediləcəyini bildirib. O, bu çərçivədə uşaq yaşda Amerikaya gələn insanlar üçün nəzərdə tutulan DACA proqramını, “Yaşıl kart” viza sistemini ləğv edəcəyini və Meksika ilə sərhəd xəttini gücləndirəcəyini açıqlayıb.

Qeyd edək ki, “Yaşıl kart” ABŞ-a asan viza və ömürlük vətəndaşlıq ala bilmək imkanı təqdim edir. Bu xidmətdən Kanada, Çin Meksika, Banqladeş, Salvador, Şimali Koreya kimi 19 ölkə xaric olmaqla, digər ölkə vətəndaşları yararlana bilər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm