Dünya
“Bordo bereli”lər hərəkətə keçdi - KÜÇƏ DÖYÜŞLƏRİ BAŞLAYIR
Türkiyə “Zeytun budağı” əməliyyatının davam etdiyi
Afrində küçə döyüşlərinə hazırlaşır.
Publika.az xəbər verir ki, pilotsuz uçuş aparatları
PKK/PYD terrorçularının şəhərin küçələrində yerləşdiyi mövqeləri
çəkərək əməliyyat mərkəzinə göndərir.
Türkiyə mülki əhalinin zərər çəkməməsi üçün yaşayış bölgələrində
keçirəcəyi əməliyyatı detalların qədər incələyir. Pilotsuz uçuş
aparatları vasitəsilə aparılan vizual kəşfiyyatın da məqsədi
əməliyyat zamanı mülki əhalinin zərər çəkməməsidir.
Əməliyyat mərkəzində aparatların əldə etdiyi görüntülərin 3D rəsmi
hazırlanır. Küçə döyüşlərini həyata keçirəcək “Bordo bereli”lər və
digər xüsusi təyinatlı qruplar görüntülər əsasında Afrinin
küçələrini əzbərləyir.
“Hürriyət” qəzetinin məlumatında görə, görüntülər əsasında
terrorçuların necə hərəkət edəcəkləri ehtimalları da
müəyyənləşdirilir.
Əməliyyat zamanı mülki əhalinin şəhəri tərk etməsi üçün humanitar
dəhliz də açılacaq.
Asif
-
Region23:35Qara dənizdə şübhəli cisimlər aşkarlandı - Türkiyə ordusu məhv etdi
-
Art21:51Azərbaycanın məşhur diktoru 103 yaşında vəfat etdi
-
Hadisə18:50Goranboyda son vəziyyət: operativ iclasda nə qərar verildi?
-
Dünya17:02İsrail İrandan hücum gözləyir: Təyyarələr hazır vəziyyətdədir
-
Nida Xəbər 15:02Nazir mərhum rejissorun oğluna vəzifə verdi - FOTO
-
Rəsmi xronika13:44Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
-
Nida Xəbər 12:24Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür
-
Nida Xəbər 12:05TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir




































