MDB
Gələn həftə dollar neçəyə olacaq? - Məzənnələrdə korreksiya gözlənilir
Gələn həftə dollar təxminən 85 rubl, avro 99 rubl, yuan isə 12,6 rubl təşkil edəcək.
Publika.az xəbər verir ki, bu proqnozu Gazeta.ru-ya iqtisad elmləri namizədi, “BKS Mir investitsiy” fond bazarı üzrə ekspert Mixail Zeltser verib.
“Yay valyuta mövsümü rubl üçün çox mənfi, lakin gözlənilən şəkildə başa çatdı, xarici valyutaların məzənnələri isə hətta hesablanmış göstəricilərdən bir qədər yüksəyə qalxdı — dollar 86 rubldan yuxarı, avro 100 rubldan yuxarı, yuanın isə müəyyən məqamda 13 rubl həddini sınaqdan keçirməsinə bir az çatmadı. Birja payızı gəlib və sentyabrda rubl adətən sabitləşir. Xarici valyutaların həddindən artıq yüksəlmiş məzənnələrində korreksiya gözlənilir. Mərkəzi Bank da sentyabrın 11-də keçiriləcək iclasında uçot dərəcəsini saxlayarsa, rublun xeyrinə rol oynaya bilər. Lakin xarici valyuta məzənnələrindəki artım meylləri, ehtimal ki, saxlanılacaq”, - deyə Zeltser qeyd edib.
Investing.com-un məlumatına görə, sentyabrın 1-də birjadankənar bazarda dollar müəyyən məqamda 87,8 rubla, avro isə 100,7 rubla qədər yüksəlib. Moskva Birjasında yuanın məzənnəsi 12,9 rublu ötüb. Son bir ay ərzində xarici valyutalar Rusiya valyutasına nisbətdə təxminən 10 faiz bahalaşıb.
Hüseyn İbadlı
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur



































