Nida Təhlil
72 mindən çox tibb işçisini əhatə edən əməkhaqqı islahatı - Kadr çatışmazlığı aradan qaldırılacaq
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması istiqamətində mühüm addım atılacaq. 72 mindən çox tibb işçisini əhatə edən bu təşəbbüs tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, onların əməyinin daha yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Əməkhaqlarının artırılması ilə yanaşı, tibb işçilərinin iş yükü, ixtisası və regionlarda mövcud kadr ehtiyaclarının nəzərə alınması da səhiyyə sisteminin inkişafı baxımından mühüm amil kimi qiymətləndirilir.
Publika.az mövzu ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudovun fikirlərini öyrənib.
Deputat Rəşad Mahmudov tibb işçilərinin əməkhaqlarının artırılmasını çox müsbət və eyni zamanda strateji əhəmiyyət daşıyan addım kimi qiymətləndirib. O bildirib ki, Mehriban xanım Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən bu islahat yalnız həkimlərin və digər tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması demək deyil.
R.Mahmudov vurğulayıb ki, bu, bütövlükdə səhiyyənin ən qiymətli resursu olan insan kapitalına qoyulan sərmayədir.

Deputat qeyd edib ki, əməkhaqqının artırılması, xüsusilə də iş yükü, ixtisas və regionlarda mövcud kadr ehtiyacı nəzərə alınmaqla diferensial yanaşmanın tətbiqi həkimlərin motivasiyasına, peşəkar kadrların sistemdə saxlanmasına və regionlara cəlb edilməsinə müsbət təsir göstərə bilər.
Onun sözlərinə görə, yaxşı tibbi xidmət yalnız müasir bina və avadanlıqla deyil, ilk növbədə bilikli, təcrübəli və əməyinin qarşılığını görən tibb işçisi ilə mümkündür.
R.Mahmudov əlavə edib ki, tibbi xidmətin keyfiyyəti yalnız əməkhaqqından asılı deyil. O bildirib ki, davamlı tibbi təhsil, düzgün idarəetmə, müasir infrastruktur, iş şəraiti və keyfiyyətə nəzarət də paralel inkişaf etməlidir.
Deputat vurğulayıb ki, tibb işçisinin əməyinin layiqincə qiymətləndirilməsi bütün bu prosesin əsas şərtlərindən biridir:
“Nəticə etibarilə, bu gün tibb işçisinə edilən investisiya sabah Azərbaycanın ən ucqar regionunda yaşayan vətəndaşın daha keyfiyyətli tibbi xidmət almasına yönəlmiş investisiyadır”.
Müəllif: Adəm Abbaslı
-
Nida Xəbər 15:02Nazir mərhum rejissorun oğluna vəzifə verdi - FOTO
-
Rəsmi xronika13:44Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
-
Nida Xəbər 12:24Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür
-
Nida Xəbər 12:05TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir
-
Sosial11:26Bu şəxslərin əməkhaqları artırılır - FOTO
-
Rəsmi xronika11:16İlham Əliyev Vyetnam Prezidenti To Lama təbrik məktubu göndərdi
-
Dünya11:08Medvedyevdən Almaniyaya açıq hədə: Berlindəki hədəflər də vurula bilər
-
MDB10:32Zelenski Rusiyaya cəhənnəm vəd etdi: Onların sayı o qədər çox olacaq ki...





























.jpg)










