İdman
Kişi arvadını futbol komandasına görə öldürdü - Ağır cəza
Braziliyada kişi rəqib futbol komandalarına azarkeşliklə bağlı mübahisə zamanı həyat yoldaşını bıçaqlayaraq öldürüb.
Publika.az xəbər verir ki, bu barədə “Need To Know” məlumat yayıb.
Leonardo Souza Çeskini həyat yoldaşı Erika Fernandes Alves Çeskinini azyaşlı uşaqlarının gözü qarşısında səkkiz dəfə bıçaqlayıb. Hazırda 39 yaşında olan Leonardo “Korintians” klubuna azarkeşlik edir, 34 yaşlı satış nümayəndəsi Erika isə “Palmeyras” fanatı olub.
San-Paulu şəhərinin bu iki klubu arasında ciddi rəqabət var. “Korintians” və “Palmeyras”ın qarşılaşması Braziliyanın ən gərgin futbol derbilərindən biri hesab olunur.

Qətl “Palmeyras”ın 30 yanvar 2021-ci ildə Libertadores Kubokunun finalında “Santos”u 1:0 hesabı ilə məğlub edərək çempion olmasından bir gün sonra baş verib.
Leonardo özü ilə Erikanın mübahisə etdiyini bildirib. Cütlüyün Barra-Funda rayonundakı mənzilindən gələn qışqırıq səslərini eşidən qonşular polisə xəbər veriblər. Polis əməkdaşları Erikanı mətbəxin döşəməsində qan içində və ölü vəziyyətdə, Leonardonu isə yaralı halda aşkar ediblər.
Leonardo əvvəlcə həyat yoldaşının ona bıçaqla hücum etdiyini və daha sonra özünü öldürdüyünü iddia edib. Lakin sonradan qətli törətdiyini etiraf edib. Məlumata görə, Erika sinəsindən üç, kürəyindən dörd, ayağından isə bir bıçaq zərbəsi alıb.

Leonardo polisə bildirib ki, onlar fərqli futbol komandalarını dəstəklədikləri üçün mübahisə ediblər. O, Erikanın əvvəlcə bıçaqla onu yaraladığını, daha sonra silahı onun əlindən almağa nail olduğunu və qarşılığında qadını bıçaqladığını deyib. Leonardo qadının ölümünə səbəb olan “bir neçə zərbə” endirdiyini bildirib.
Leonardo hadisə yerində həbs edilib. Lakin müdafiə tərəfinin prokurorların işə cavab vermək üçün həddindən artıq vaxt sərf etdiyini bildirməsindən sonra məhkəmə qərarı ilə 2021-ci ilin fevralında azadlığa buraxılıb.
Prokurorluq 2021-ci ilin iyulunda ona rəsmi olaraq qətl ittihamı irəli sürüb. 2024-cü ilin fevralında isə işin andlılar məhkəməsində araşdırılması barədə qərar qəbul edilib.

Leonardo nəhayət, bu ilin avqustun 31-də ağırlaşdırıcı hallarla qətldə təqsirli bilinərək 13 il 24 gün müddətinə azadlıqdan məhrum edilib. Hadisə zamanı təxminən iki yaşında olan və analarının qətlinə şahidlik edən cütlüyün uşaqları hazırda ana tərəfdən nənələrinin himayəsindədir.
Erikanın bacısı Aline Oliveyra yerli mediaya açıqlamasında bildirib: “Oğlanlar anamla birlikdədir və onların qəyyumluğu ondadır. Hər gün o və hamımız analarının hər an yanlarında olmamasından duyduqları ağrı və kədəri azaltmaq üçün əlimizdən gələni edirik”.
-
Art21:51Azərbaycanın məşhur diktoru 103 yaşında vəfat etdi
-
Hadisə18:50Goranboyda son vəziyyət: operativ iclasda nə qərar verildi?
-
Dünya17:02İsrail İrandan hücum gözləyir: Təyyarələr hazır vəziyyətdədir
-
Nida Xəbər 15:02Nazir mərhum rejissorun oğluna vəzifə verdi - FOTO
-
Rəsmi xronika13:44Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
-
Nida Xəbər 12:24Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür
-
Nida Xəbər 12:05TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir
-
Sosial11:26Bu şəxslərin əməkhaqları artırılır - FOTO







.jpg)






























