Dünya
Myanmada müsəlmanların qətlini üzə çıxardan jurnalistlər həbs edildi - FOTO
ABŞ-ın “Röyters” agentliyinin iki müxbiri Myanmada arakanlı müsəlmanların qətlini işıqlandırdığı üçün həbs edilib.
Publika.az xəbər verir ki, müxbirlər 10 müsəlmanın əsgərlər və kəndlilər tərəfindən qanundankənar şəkildə öldürüldüyü haqda sübutlar toplayaraq yayımlayıb.
Myanma hökuməti jurnalistləri dövlət sirləri qanununu pozduqları üçün həbs edib. Xəbər agentliyi isə müxbirlərin ictimai məqsədlər üçün çalışdığını müdafiə edib və həbs qərarına qarşı çıxıb.
Jurnalistlərin araşdırmalarına görə, 10 arakanlı kişi öncə paltarlı, sonra isə çılpaq şəkildə, diz çökdürülmüş formada edam edilib. Daha sonra cəsədlər toplu şəkildə bir çuxura atılıb. Myanma ordusu həmin hadisə ilə bağlı araşdırma aparıb və müxbirlərin doğru xəbər yayımladıqlarını təsdiq edib. Lakin ordu həmin 10 nəfəri banqladeşli terrorçular kimi qələmə verib.

Müxbirlər öldürülən şəxslərin terrorçu olması barədə hər hansı sübut tapa bilməyib. Hökumət isə müxbirlərin araşdırmalarına mane olmaq üçün onları dövlət sirlərini ictimaiyyətə açmaqda ittiham edib və həbsə atıb.
Zümrüd
-
İdman23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin220:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin219:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin119:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO
-
Hadisə17:55Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
-
Avropa17:44Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)
























.jpg)









.jpg)
