Dünya
Türkiyə Afrində terrorçuların mövqelərini bombaladı, 46 kənd azad edildi - SON DURUM
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Suriyanın Afrin şəhərindəki terrorçulara qarşı birgə həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı 22-ci günündə əhəmiyyətli mərhələyə qədəm qoyulub.
Publika.az xəbər verir ki, dünən Suriyanın daha 5 kəndi terrorçulardan təmizlənib və bu günədək hərəkat çərçivəsində məhv edilən terrorçuların sayı 1062-yə çatıb. Azad edilən kəndlərin sayı isə 46 olub.
“Zeytun budağı”nda hava hərəkatına yenidən start verilməsi ilə əməliyyatlar sürət qazanıb. Aftrindəki terror hədəfləri dünən gecədən etibarən havadan və qurudan kəskin şəkildə bombardman edilməyə başlanıb. Beləliklə, PKK/PYD/YPG və İŞİD terror təşkilatlarına aid sığınacaq, silah deposu və hücum mövqeləri kimi istifadə edilən 19 hədəf yerlə yeksan edilib. Əldə edilən ilkin məlumata görə, əməliyyatda 1 əsgər şəhid olub, 34 terrorçu məhv edilib.
Əlavə olaraq, Türkiyənin İdlib şəhərinə göndərdiyi hərbi karvan Sarakib qəsəbəsindən keçib. Qəsəbə sakinləri Türkiyə ordusunu sevinclə qarşılayıb. Yerli xalqın sevinc anları sosial mediada paylaşılıb.
Zümrüd
-
ABŞ14:353 qadının meyidi tapıldı - Bütün ölkə manyakı axtarır
-
Magazin214:16Reha Muhtar xəstəxanaya yerləşdirildi
-
Sağlamlıq13:19Avqusta qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq
-
MDB12:50İran şahının oğlu Odessada peyda oldu - VİDEO
-
Maraq dünyası12:1940 milyon yaşı olan lələk tapıldı - FOTOLAR
-
Region10:28Rusiya-Ermənistan münasibətlərində gərginlik - Səfir Moskvaya çağırıldı
-
Hadisə10:10Ağdərədə insana məxsus sümük qalıqları tapıldı - FOTO
-
İdman09:45Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək









.jpg)



.jpg)






.jpg)











