Dünya
MOSSAD casusundan Türkiyə ilə bağlı XAİN PLAN: NATO hücum etməli və...
MOSSAD-ın agenti olduğu deyilən yəhudi əsilli fransız
filosof Bernard Henri Levi ABŞ-ın “The Wall Street” jurnalında dərc
olunan məqaləsində NATO-nu Türkiyəyə müdaxilə etməyə çağırıb.
Publika.az xəbər verir ki, Levi Türkiyənin Afrin
əməliyyatının qarşısını alınması üçün Qərbin hərəkətə keçməli
olduğunu qeyd edib.
“Türkiyənin qarşısı alınmalıdır. Ağlınızı başınıza alın, Türkiyə
ilə müzakirələrin dondurulması bəs etmir, münasibətlər tamamilə
kəsilməlidir”, - deyə o, Avropa İttifaqına çağırış edib.
Levi Türkiyənin PKK terror təşkilatı ilə mübarizəsindən narahat
olduğunu qeyd edib. Əlavə edib ki, “Bu kədərli oyun çox davam etdi,
artıq qarşısı alınmalıdır. Türkiyə bizə əlavə seçim qoymur, bu
ölkəyə müdaxilə edilməlidir”.
Türkiyə mediası özünü filosof kimi təqdim edən Bernard Henri Levin
əslində MOSSADA işləyən təxribatçı casus olduğunu və əsas fəaliyyət
sahəsinin Yaxın Şərq olduğunu yazır.

2017-ci ilin 25 sentyabrında Şimali İraq Kürd Muxtariyyətində
keçirilən “müstəqillik referendumu” zamanı baş rolda çıxış edərək,
hətta səsverməyə də qatılmışdı.
2011-ci ildə Liviyaya qarşı NATO-nun müdaxiləsində də ön planda yer
alıb.
2011-ci il 16 sentyabr: Həmin vaxt Türkiyənin baş
naziri olan Ərdoğanın Qəddafinin devrilməsindən sonra Liviyaya
səfəri planlaşdırılırdı. Həmin gün Ərdoğanın səfərindən bir neçə
saat öncə Fransa prezidenti Sarkozini Trablusa məhz Levi
aparmışdı.
2013-cü ilin iyunu: Henri Levi İstanbulda Gəzi
hadisələrini idarə edənlərdən biri idi.
2014-cü ilin oktyabrı: Levi PKK-nın nəzarətindəki
Kobaniyə səfər etdi. 10 gün Kobanidə qalan yəhudi filosof
“Kürdüstan 2 il ərzində qurulacaq”, - açıqlamasını verdi.
Levi indi də Türkiyənin Afrində həyata keçirdiyi anti-terror
əməliyyatına qarşı çıxır.
Asif
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
