Dünya
Rusiya bu ölkələri hədəfə alacaq – Moskvadan TƏHDİD
“Rusiya Avropada ABŞ-ın hərbi gücünün artırılmasına silahlanma yarışı ilə cavab verməyə başlamayacaq, ancaq Amerika hərbi qüvvələrini öz ərazilərində yerləşdirən ölkələrlə öz münasibətlərinə düzəliş etməkdə haqlı olacaq”.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının təhlükəsizlik və müdafiə komitəsinin başçışı Andrey Klimov deyib.
Onun sözlərinə görə, Moskva bu ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli formatda münasibətlərində düzəlişlərin edilməsini nəzərdən keçirəcək.
“Bu addımlarda Rusiya üçün dəhşətli heç bir yoxdur, ancaq praktik fəaliyyətimizdə bunu nəzərə alacağıq. Bizimlə qarşıdurmanın qalasına çevrilən və ərazisindən bizə qarşı hərəkətlər həyata keçirilən ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda öz münasibətlərimizə düzəliş etmək hüququna malikik”, - Klimov bildirib.
Senator qeyd edib ki, söhbət yalnız bir sıra Şərqi Avropa və Baltiyanı ölkələrindən getmir, ABŞ xüsusi halda, “Koreya Xalq Demokratik Respublikası təhdidi” bəhanəsi altında cənub-şərqi Asiyada öz qruplaşmasını gücləndirir.
O qeyd edib ki, Rusiya əvvəlki kimi hücum deyil, müdafiə strategiyasına tərəfdar olacaq.
Qeyd edək ki, ABŞ administrasiyası “Avropada Rusiya təcavüzünün saxlanması”na yönəldilən proqramın yerinə yetirilməsi üçün Pentaqonun 2019-cu il maliyyə ili büdcəsinə 6,3 milyard dollar ayırmaq niyyətindədir.
Ömər Dağlı
-
Ekopublika.az08:49Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
-
Region05:45Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
-
Magazin203:18“Breaking Bad”in aktyoru evində ölü tapıldı - İntihar edib?
-
Qoroskop01:20Günün ulduz falı: Əlavə qazanc əldə etmək üçün fürsət yaranacaq
-
Magazin112 Oktyabr 23:35"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
-
Hadisə12 Oktyabr 22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Kriminal12 Oktyabr 21:00Masazırda avtomobilləri yandıran şəxslər həbs edildi
-
MDB12 Oktyabr 17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...






























