Dünya
Türkiyə Gürcüstan məsullarına kvotanı ləğv etdi
Türkiyə Gürcüstan məhsullarına tətbiq etdiyi kvotanı ləğv edib. Bu da gürcü istehsalçıların Türkiyəyə ixrac etdikləri məhsulların həcmini təqribən 20 faiz artıracaq.
Bu barədə razılıq bu gün Ankarada, Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi arasında keçirilən görüşdə əldə olunub.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən bildiriblər ki, görüşdə Türkiyə ilə Gürcüstan arasında azad ticarət haqqında müqaviləyə yenidən baxılıb, ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub. Türkiyə tərəfi Gürcüstanın sitrus meyvələrinə, üzüm, quru meyvələr, meyvə-tərəvəz konservlərinə və şirələrinə qoyduğu kvotanı ləğv etdiyini bildirib.
Qeyd olunub ki, bu gün Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır və 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,5 milyard dollar təşkil edib.
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO