Dünya
Putinə cavab gecikmədi: ABŞ 2019-cu ildə...
ABŞ hipersəsli texnologiyalar sahəsində iş aparır. Belə tipli silahın sınaq uçuşları 2019-cu ildə başlanacaq.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) perspektivli tədqiqat layihələrinin idarəetmə başçısı Stiven Uoker bildirib.
“Biz anlayırıq ki, Rusiya və Çin kimi ölkələrlə yarışırıq”- Stiven Uoker deyib.
O qeyd edib ki, onun idarəsi artıq bir neçə ildir Hərbi Hava Qüvvələri, NASA, Quru Qüvvələri və Hərbi Dəniz Qüvvələri birlikdə hipersəsli silahın hazırlanması ilə məşğul olur. Onun sözlərinə görə, bu məsələ Pentaqon qarşısında dayanan prioritet məsələdir.
Uoker əlavə edib ki, idarə hələ 2017-ci ilin payızında bu sahədə tədqiqatlar üçün büdcənin artırılmasını xahiş edib.
Xatırladaq ki, dünən Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına illik müraciəti zamanı dünyada analoqu olmadığı deyilən silahların yeni görüntülərini təqdim edib. Söhbət “Sarmat” raket kompleksi, sualtı pilotsuz aparatlar, nüvə enerjisi ilə işləyən qanadlı raket, lazer silahı və “Kinjal” aviasiya raket kompleksindən gedir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Putinin çıxışını Amerika hərbçilərinin təcili reaksiyası izlədi. ABŞ Silahlı Qüvvələrinin Strateji komandanlığının başçısı general Con Hayten bildirib ki, ölkə orbital əsaslı radar sistemini inkişaf etdirməlidir. Onun sözlərinə görə, Pentaqon yerüstü sistemləri aşkar edilməsi üçün orbital radarın yaradılmasına bir neçə milyard dolların ayrılmalı olduğunu etiraf edir.
Ömər Dağlı
-
İdman14:16Oktaqonların gözəlindən qaynar - FOTOLAR
-
İdman13:16Ronaldo və Messi yenidən üz-üzə: DÇ-2026-nın dörddəbir finalında qarşılaşa bilərlər
-
Hadisə13:09Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı
-
Rəsmi xronika12:20Nazir müavini təyin olunan Ağakərim Səmədzadə kimdir?
-
Dünya11:47Dəhşətli dərəcədə yaxındır - ABŞ-dan İran xəbərdarlığı
-
Sosial11:40Pensiya alanların nəzərinə
-
Rəsmi xronika11:04İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi
-
Yaxın Şərq10:48Əraqçidən hədə dolu bəyanat: İsraillə əlbir olanlar məsuliyyət daşıyacaqlar

































.jpg)


