Dünya
Rusiyalı təmsilçi BMT-də ingilis həmkarını TƏHDİD ETDİ: "Üzüləcəksiniz"
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Rusiyanın tələbi əsasında İngiltərənin Salisburi şəhərində rusiyalı agent Sergey Skirpal və qızının zəhərlənməsi hadisəsini müzakirə etmək üçün toplantı keçirib.
Publika.az xəbər verir ki, toplantıda Rusiya və İngiltərənin BMT-dəki daimi təmsilçiləri bir-birinə qarşılıqlı ittihamlar və təhdidlər yağdırıb.
Rusiyalı səfir Vasili Nebenziya rusiyalı agentin ölkəsinin sifarişi ilə zəhərlənməsi iddiasını təkzib edib və “London digər ölkələrlə münasibətlərimizi zəhərləməyə başladı” deyib. İngiltərəni Rusiyaya qarşı təxribat hazırlamaqda günahlandıran təmsilçi ingilis həmkarına “daha yaxşı bir saxta hekayə ortaya ata bilməzdinizmi” sualını ünvanlayıb və ardınca “odla oynayırsınız, üzüləcəkəsiniz” sözlərini deyib.
İngiltərənin BMT-dəki daimi təmsilçisi Karen Prays isə Rusiyanı bir daha dövlətin dəstək verdiyi sui-qəsdlər təşkil etməkdə günahlandırıb. O bildirib ki, İngiltərənin gizlədəcək heç bir şeyi yoxdur və onlar kimyəvi silahdan istifadə ilə bağlı istintaq işlərini əngəlləyən bir ölkədən dərs götürmək niyyətində deyillər. Səfir qeyd edib ki, Rusiya Skirpalın qızı Yuliya ilə görüş tələb edib və onlar Yuliyanın razılığını gözləyirlər.
Qeyd edək ki, iki ölkə arasındakı gərginlik ikili agent Sergey Skripal və qızına sui-qəsd təşkil edilməsindən sonra İngiltərənin Rusiyanı ittiham etməsi ilə başlamışdı. İngiltərə 23 rusiyalı diplomatı ölkədən deportasiya etmiş, Rusiya da buna cavab olaraq 23 ingilis diplomatı ölkəsinə göndərmişdi.
İngiltərənin cəhdləri sayəsində bəzi qərb ölkələri rusiyalı diplomatları deportasiya etmək qərarı qəbul etmişdi.
Zümrüd
-
Magazin100:15"Dedi ki, Bilal Əliyev gözləsin, səhnə sevgilimindir"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu dəyişimi qəbul edin
-
ABŞ16 Aprel 23:12Keçmiş vitse-qubernator xanımını güllələdi, özü intihar etdi
-
Hadisə16 Aprel 23:00Sabah bəzi ərazilər qazsız qalacaq
-
Elm və təhsil16 Aprel 22:2431 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİ - FOTO
-
MDB16 Aprel 21:48Hava limanında DƏHŞƏTLİ ANLAR - İldırım təyyarədə altı dəlik açdı
-
Magazin116 Aprel 21:36Nigar Camalın sözləri ilə bağlı rəsmi açıqlama
-
ABŞ16 Aprel 21:24Tramp bu liderləri Ağ Evə dəvət etdi - 1983-cü ildən bəri...
































