Kriminal
Ərinin Şəhanəni qətlə yetirdiyi evdən görüntülər: Şahidlər danışdı - Video
Sumqayıtın Corat qəsəbəsində ərinin həyat yoldaşını qətlə yetirməsi ilə bağlı hadisənin bəzi təfərrüatı məlum olub.
Publika.az "Azad Azərbaycan" (ATV) telekanalına istinadən xəbər verir ki, hadisə ötən axşam qəsəbədə yerləşən fərdi yaşayış evlərindən birində baş verib.
33 yaşlı Əsgər Hüseynov həyat yoldaşı, 31 yaşlı Şəhanə İmanovanı kəsici alətlə qətlə yetirib. Hadisə barədə danışan qonşunun sözlərinə görə, qadın evin qarşısında ağır vəziyyətdə olub:
"Getdim gördüm, gəlin qapının ağzında uzanıb. Başını kəsib, saçları da üzünə tökülüb".
Qonşu hadisədən əvvəl 15 yaşlı oğlanın kömək üçün qaçaraq ondan kömək istədiyini bildirib: "15 yaşında oğlan uşağı qışqıra-qışqıra gəldi ki, kömək elə, kəsir. Mən də elə bildim əlini kəsib".
Şahidin sözlərinə görə, həmin vaxt kişi hadisə yerindən qaçıb. Digər qonşu isə bildirib ki, daha sonra kişi uşağı da özü ilə götürərək ərazidən uzaqlaşıb:
"Sonra gördük uşağı götürdü, qaçdı. Anası orada ağlaya-ağlaya danışırdı. Dedi ki, qız boşanmaq istəyirmiş. Oğlan da icazə vermirmiş. Sonra gəlib yaxınlaşıb deyib ki, uşağı ver, görmək istəyirəm. Uşağı alıb qadından, sonra bıçağı çəkib qadının üstünə bıçaqlayıb".
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam etdirilir.
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc


































.jpg)

