Dünya
3 qat orqan transplantasiyası həyata keçirildi - DÜNYADA İLK
Dünyada ilk dəfə Asiyada 3 qat orqan transplantasiyası gerçəkləşdirilib.
Publika.az xəbər verir ki, Taylandda Maxidola şahzadəsinin adını daşıyan universitetin tibb fakültəsinin həkimləri və Sirirat xəstəxanasının əməkdaşlarının birgə fəaliyyəti nəticəsində tibbdə bir ilkə imza atılıb.
26 yaşlı xəstəyə eyni zamanda ürək, qaraciyər və böyrək tansplantasiya edilib. Əməliyyat 12 saata qədər davam edib. Sözügedən əməliyyatın dünya tarixində ilk olduğu bildirilib.
Xəstə 8 il böyrək xəstəliklərindən əziyyət çəkdiyini və artıq son illərdə həftədə 3 dəfə hemodializ prosesinə məcbur qaldığını deyib. Xəstəliyi onun qaraciyərinə, eləcə də ürəyinə təsir edərək, müəyyən dəyişikliklərin yaranmasına səbəb olmuşdu.
2017-ci ildən pasiyent xəstəxanaya müraciət edərək donor gözləmək məcburiyyətində qalıb. Nəhayət bir xəstədən alınan hər 3 orqan pasiyentə transplantasiya edilib. Mediada məlumat hadisədən bir müddət sonra yayılıb. Həkimlər orqanların orqanizmdə normal fəaliyyətinə əmin olmaq üçün bir müddət gözlədiklərini bildiriblər.
Əməliyatdan 6 ay keçib və xəstə normal həyat şəraitinə davam edib.
Könül Cəfərli
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular



































.jpg)

.jpg)