Dünya
"Hicab qadağası" qüvvəyə mindi - etiraz edənə 2680 AZN cərimə kəsiləcək
Danimarkada niqab və çadra satışının qadağan edilməsi ilə bağlı gedən müzakirələr haqqında yekun qərar qəbul edilib. Yeni qaydalara əsasən ictimai yerlərdə niqab və çadrada gəzmək qadağan edilib.
Publika.az xəbər verir ki, Danimarka Parlamentində səsverməyə qoyulan məsələnin əleyhinə 30, lehinə isə 75 deputat səs verib.
Qanunu pozan şəxslər min kron (266 AZN) pul cəzasına məhkum ediləcək. Dörd dəfədən artıq qanunu pozan şəxslərə isə hər yeni qayda pozuntusunda 10 min kron (2680 AZN) cərimə kəsiləcək.
"Hicab Qadağası" qanunun qüvvəyə minməsi ilə paytaxt Kopenhagen və ölkənin ikinci böyük şəhəri Orhusda axşam saatlarında etiraz aksiyalarının keçiriləcəyi barədə sosial şəbəkələrdə paylaşımlar edilib.
Əlcəzairli iş adamı Racid Nekkaz bu qanunun təsdiqlənməsinə etiraz edərək insanların hüquqlarına, inanclarına müdaxilə adlandırıb. Eyni zamanda, ictimai yerlərdə niqab və çadrada gəzən şəxslərə kəsiləcək cərimələri özünün ödəyəcəyini deyib:
"Çadra qadağası insanın azadlıq hüquqlarını pozmaq deməkdir. Mən buna etiraz edirəm. Niqab və çadraya görə kəsiləcək cəzaları özüm ödəyəcəm. Artıq xüsusi fond yaratmışam və 6 ölkədə 1500-dən artıq cəza ödəmişik".
Xatırladaq ki, Kopenhagen Universiteti tərəfindən 2010-cu ildə aparılan araşdırmanın nəticələrinə görə, Danimarkada 150-200 qadın çadradan, yalnız 3 qadın isə niqabdan istifadə edir. Əhalisi 5,7 milyon olan Danimarkada müsəlmanlar əhalinin təxminən 7 faizini təşkil edir.
Könül
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi


































.jpg)

.jpg)
