Dünya
Rusiya silahı terrorçular üçün əlçatmaz oldu
Ukrayna-Rusiya sərhədinin bağlanılması əməliyyat faktiki olaraq başa çatıb.
Publika.az-ın “RBK-Ukrayna” xəbərə agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ali Radanın sədri Aleksandr Turçinov parlamentin bugünkü iclasında bildirib.
Onunj sözlərinə görə, bundan sonra Rusiya tərəfdən muzdlular və silah-sursatın Ukrayna ərazisinə keçirilməsinin qarşısı alınacaq. Rusiya-Ukrayna sərhəddinin böyük hissəsinə nəzarət etməyən Ukrayna terrorçuların silah-sursatla təminatının qarşısını almaqda çətinlik çəkirdi.
Son olaraq Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk son bir gündə 2 ədəd “T-64” tankı və beş ədəd BTR-in (zirehli transportyor) Rusiyadan Luqansk vilayətinə daxil olduğunu bildirib. O, həmçinin ən azı 3 ədəd “Qrad” yaylım atəş sisteminin də Ukraynaya keçdiyini qeyd edib.
Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri “facebook” səhifəsində “Doljanski” sərhəd buraxılış məntəqəsi vasitəsilə Rusiyadan Ukraynaya muzdlular və silah axınının davam etdiyini yazıb.
Ömər Dağlı
-
MDB09:40Kiyev raketlərlə vuruldu, ölənlər var
-
Sosial09:30Əmək bazarında yeni dinamika - Daha işçiyə ehtiyac yoxdur?
-
Dünya08:30Bağdaddakı ABŞ səfirliyinə hücum edildi
-
ABŞ07:35ABŞ İran dronlarını tutmağın yolunu tapdı - Müharibədə yeni mərhələ
-
Dünya03:43İlber Ortaylının vəsiyyəti ortaya çıxdı
-
Dünya03:19Müharibədə ilk yaşandı: Bəhreyndən İrana ballistik raket atıldı
-
Qoroskop01:40Günün ulduz falı: Sevgidə gizli hisslər üzə çıxa bilər
-
Hadisə13 Mart 23:55Tibb bacısı dedi ki, ciyər kababı al gətir... - Doğuşdan sonra ölən Röyanın qohumları danışdı































