Dünya
Səudiyyə Ərəbistanı İranla dialoqun İLKİN ŞƏRTLƏRİNİ açıqladı - FOTO
Səudiyyə Ərəbistanı İranla dialoq qurmaq üçün ilkin şərtlərinii açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Əl-Cübeyr danışıb.

“Terrora dəstək verməyə, xaos, dağıdıcılıq siyasətinə və Ərəb ölkələrinin daxili işlərinə müdaxilə etməyə son qoyun. Kütləni məhv edən silahlar və ballistik raket proqramlarının inkişafını dayandırın. Normal bir dövlət kimi davranın. Terroru dəstəkləyən üsyançı dövlət kimi deyil. Səudiyyə Ərəbistanı İranla Yəmən haqqında danışmayıb. Danışmayacaq da. Yəmən bütün qisimləri ilə yəmənlilərin işidir. Yəmən böhranının səbəbi İranın roludur. İranda bu rejimin Yəmən üçün istədiyi ən son şey sülh və sabitlikdir”, – nazir tvitterində qeyd edib.
İran hələ ki, Cübeyrin açıqlamalarına cavab verməyib.
Qeyd edək ki, daha öncə “Əlcəzirə” telekanalına açıqlama verən İran parlamentinin sədri Əli Laricani “Biz ibn Salmanın Tehranla ixtilafları dialoq yolu ilə həll etmək istəyini ehtiva edən açıqlamasını məmnuniyyətlə qarşılayırıq. İranın qapıları açıqdır” sözlərini demişdi.
Xatırladaq ki, bir çox ölkə Səudiyyə Ərəbistanın “Saudi Aramco” neft platformasına edilən silahlı hücumların arxasında İranın olduğunu iddia edir.
Zümrüd
-
Magazin221:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
































.jpg)
