Dünya
ABŞ-la Rusiya arasında YENİ RAZILAŞMA: bundan sonra orduların...
ABŞ-la Rusiya arasında yeni razılıq əldə olunub.
Publika.az xəbər verir ki, razılaşmaya görə, orduların baş qərargah rəisləri arasında baş tutan telefon danışıqlarının detalları gizli qalacaq.
Bu barədə ABŞ Müdafiə Nazirliyi informasiya yayıb. General Mark Milli ilə rusiyalı həmkarı Valeri Gerasimov arasında 25 oktyabrda baş tutan telefon danışığından sonra verilən məlumatda bildirilib ki, bundan sonra ordu rəhbərləri arasındakı söhbət yayımlanmayacaq.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İŞİD lideri Əbubəkr əl-Bağdadinin tutulması ilə bağlı Suriyanın İdlib şəhərində keçiriləcək əməliyyat haqqında Rusiyaya məlumat verildiyini açıqlamışdı. Bağdadi ABŞ-ın hərbi əməliyyatı nəticəsində öldürüldükdən sonra Rusiya Müdafiə Nazirliyi qruplaşma rəhbərinin öldürülməsinə dair sübut olmadığını açıqlamışdı.
Zümrüd
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO













.jpg)
















