Dünya
16 yaşlı aktivist 75 min dollardan imtina etdi
İsveçli iqlim aktivisti Qreta Tunberq növbəti hərəkəti ilə gündəmə çevrilib.
Publika.az xəbər verir ki, 16 yaşlı aktivist ona layiq görülən Skandinaviya Ekologiya Mükafatından imtina edib.
Mükafatın dəyəri 75 min dollardır.
“The Sunday Morning Herald” qəzetinin xəbərinə görə, Tunberq mükafata layiq görüldüyü üçün qürurlandığını, amma iqlimlə bağlı apardığı mübarizə üçün hər hansı mükafata layiq olmadığını deyib. O, ətraf mühitin qorunması üçün gözəl sözlər söyləmək yerinə konkret tədbirlər görülməsini tələb edib.
Sosial media hesabından məsələ ilə bağlı mövqeyini açıqlayan Qreta ehtiyac duyulan əsl addımların siyasətçilərin və əlində güc olan şəxslərin ən son elmi hesabatlara əhəmiyyət vermələri olduğunu vurğulayıb. “Sanki 4 planetimiz varmış kimi yaşayırıq”, - o deyib.
Qeyd edək ki, Skandinaviya jürisi, Qreta Tunberqi ətraf mühit və iqlim məsələlərinə yeni nəfəs gətirdiyi üçün bu mükafata layiq gördüyünü vurğulayıb.
Xatırladaq ki, Qreta etirazlarına İsveç Parlamenti qarşısında keçirdiyi "Fridays For Future" adlı oturaq aksiya ilə başlayıb. Daha sonra İngiltərədən karbon-dioksid buraxmayan gəmi ilə Atlantik okeanını keçərək Nyu-Yorka gedən aktivist, İqlim Dəyişikliyi üzrə Zirvə Toplantısındakı emosional çıxışı ilə dünya liderlərini sərt şəkildə qınamış və dünya gündəminə gəlmişdi.
Zümrüd
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp









.png)
















.jpg)
.jpg)





