Dünya
Minlərlə azyaşlının həyatı belə məhv oldu - ŞOK RƏQƏMLƏR
Suriyada 2011-ci ildən etibarən başlayan vətəndaş müharibəsində 29 min 17 uşaq ölüb.
Publika.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Şəbəkəsi "Dünya Uşaq Haqları Günü" münasibətilə yaydığı hesabatda bildirilib.
Qeyd edilib ki, Bəşər Əsəd rejimi və dəstəkçilərinin təşkil etdiyi hərbi əməliyyatlar nəticəsində 22 min 753, rejim qüvvələrinə dəstək verən Rusiyanın hava hücumlarında isə 1928 uşaq həyatını itirib.
Suriya Demokratik Qüvvələri adından istifadə edən YPG/PKK terror təşkilatı 214, İŞİD 956 uşağın ölümünə səbəb olub. 1048 uşaq hərbi müxaliflər və rejimə qarşı vuruşan qrupların qarşıdurmasında, 924-ü isə İŞİD-ə qarşı mübarizə koalisiyasının əməliyyatlarında qurban gedib.
Kim olduğu məlum olmayan qüvvələr isə 1194 uşağı qətlə yetirib.
186 uşaq rejimin kimyəvi silahlarının qurbanı olub. Həmçinin Əsədin blokadalarından sonra kifayət qədər qida qəbul etməyən və dərman çatışmazlığından əziyyət çəkən 305 uşaq dünyasını dəyişib.
Vətəndaş müharibəsinin başlamasından bu yana Suriyada həbs edilən uşaqların sayı ən az 50 min 43-dür. Rejim zindanlarında hazırda 3 min 618 uşaq var. YPG/PKK isə 722 uşağı əsarətdə saxlayır. İŞİD-in əlində hazırda 326 uşaq var. Hərbi müxaliflər 348, rejimə qarşı vuruşanlar isə 29 uşağı təzyiq altında saxlayır.
Zümrüd
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var










.png)
















.jpg)
.jpg)





