Dünya
Amerikalı politoloqdan ŞOK AÇIQLAMA: Türkiyə yeni əməliyyata başlayır, Rusiya və NATO...
Türkiyə bölgədəki nüfuzunu artırıb. Ruslar və amerikalılarla bərabər səviyyədə masaya oturur. Fikrimcə, Türkiyə əhəmiyyətli bir güc kimi ortaya çıxır. ABŞ illərdir ki, YPG-ni qoruyan qüvvələrini Suriyadan geri çəkməklə Türkiyəyə böyük bir imtiyaz tanıdı. Həmçinin dedi ki, öz sərhədinizdəki vəziyyətlə mübarizə apara biləcəyiniz mövzusunda sizə güvənirik. İndi isə Türkiyə bunu necə edəcəyinə qərar verməlidir. Təxminim budur ki, Türkiyənin Suriyada yeni bir hərbi əməliyyat keçirməsi qaçılmazdır. Bir əməliyyat, sonra daha bir əməliyyat olacaq.
Publika.az xəbər verir ki, bu fikirləri “CNN Türk”ə açıqlamasında məşhur siyasi şərhçi və “Geopolitical Futures”in yaradıcısı Corc Fraydmen deyib.

Regionda gələcək 10 ildə baş verə biləcək hadisələr haqqında proqnozlarını açıqlayan şərhçi bildirib ki, Türkiyə strateji ortaqlarını seçərkən diqqətli olmalıdır: “Strateji ortaqların biri sanbalı olmalıdır. Bu, kimdə var? Rusiya göründüyündən daha zəifdir. Daxili problemləri, neftin qiyməti onlara daha da zərər verir. Suriyada kiçik qruplaşmalara qarşı uğurlu əməliyyatları oldu. Amma Türkiyə ilə Rusiya tarix boyunca qarşı-qarşıya dayanıb. ABŞ məsələsində isə Türkiyə daha böyük üstünlüyə sahibdir. “İncirlik” bazasını sevirik. Amma bundan başqa mənfəətimiz yoxdur. 1995-ci ildən bəri müttəfiq olmağımızın bir səbəbi vardı: əvvəl ruslar, daha sonra cihadçı radikal qruplaşmalar. Bizim Türkiyə ilə sağlam münasibətlərimiz var. Türkiyənin Rusiya ilə belə münasibətinin ola biləcəyini düşünmürəm”.
“NATO-nun gələcəyini necə görürsünüz. Fransa prezidenti Emmanuel Makronun “NATO-nun beyni öldü” sözlərinə qatılırsınızmı” suallarına isə Fraydmen belə cavab verib: “Buna qatılıram. Amerikalı kimi mövqeyimi bildirmək istəyirəm ki, NATO etibarlı ortaq deyil. Çünki bir problem çıxanda hərbi qüvvələrini meydana çıxaracaq gücə sahib deyil. Buna görə də NATO Avropa ölkələri üçün ordu olmadan ABŞ-a etibar etmək anlamına gəlir. Bu, belə davam edə bilməz və etmir də. Tək etdikləri şey çıxıb açıqlama verməkdir. ABŞ Suriyada mübarizə aparmaqdan yorulub geri çəkiləndə Avropa şok oldu. ABŞ-ı günahkar çıxarmamaq üçün də Türkiyənin əleyhinə diplomatik açıqlamalar verməyə başladılar”.
Qeyd edək ki, Corc Fraydmen “Gələcək 100 il” adlı kitabında 2020-ci ildə Rusiyanın çökəcəyini, Çinin böyük bir böhranla qarşı-qarşıya qalacağını və Türkiyənin dünyanın onuncu güclü iqtisadiyyatına sahib olacağını iddia edib.
Zümrüd
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO













.jpg)





















.jpg)


