Dünya
Nostradamusdan 2020-ci illə bağlı DƏHŞƏTLİ PROQNOZLAR: Bənzəri olmayan hadisələr olacaq
1503-cü ildə dünyaya gələn və proqnozların atası kimi tanınan Nostradamusun 2020-ci il üzrə açıqladığı öncəgörmələr təşvişə düşməyəcək tərzdən deyil.

Publika.az xəbər verir ki, Türkiyə, İran və ABŞ-da ard-arda meydana gələn zəlzələlərdən sonra fransız həkim, əczaçı və astroloqun proqnozları gündəm olub.
BÖYÜK ZƏLZƏLƏLƏR
Nostradamusa görə, dəqiq harada olacağı bilinməsə də, 2020-ci il boyunca Amerikada şiddətli zəlzələlər qeydə alınacaq. Qitədəki ən seysmik zonalar analiz ediləndə bu nöqtələrin Meksika və Çili olacağı gözlənilir.

QLOBAL MİQYASDA İQTİSADİ BÖHRAN
Böyük iqtisadi güclər zəifləyəcək və uzun müddət yüksələ bilməyəcək. Dünya iqtisadi durğunluq yaşayacaq.

TAXTDA YENİ KRAL
Nostradamusun 2020-ci proqnozlarından biri də krallıqla bağlıdır. Ölkə adı verməsə də, əhəmiyyətli bir kral və ya kraliçanın taxtdan gedəcəyini deyir. Yerli mətbuatda bunun İngiltərə kraliçası II Elizabet olduğu iddia edilir.

TRAMP ÇƏTİN İL KEÇİRƏCƏK
Nostradamusun ən mübahisəli təxminlərindən biri sui-qəsd və ölüm haqqındadır. Çünkü Nostradamus təxminində Amerika qitəsindəki əhəmiyyətli dünya liderlərindən birinin ölümündən bəhs edir. Bir çox insanın fikrincə, burada ölüm simvolik xarakter daşıyır və burada ABŞ prezidenti Donald Trampın impiçmentinin onun siyasi ölümünə səbəb olacağı deyilir.

İKİ BÖYÜK QÜVVƏ ARASINDA MÜHARİBƏ
Nostradamusa görə, 2020-ci ildə iki dünya gücü arasında qarşıdurma olacaq. Bunun da ABŞ və Çin arasındakı ticarət savaşı ilə əlaqəsi olduğu düşünülür.

KOSMİK SƏYAHƏT
Kosmik səyahət bu i ldə insanlara daha yaxın olacaq və getdikcə kütləvi hal alacaq.

PUTİNƏ BÖYÜK TƏHLÜKƏ
Rusiyada 2020-ci ildə prezident Vladimir Putinə qarşı sui-qəsd təşəbbüsü olacaq. Nostradamus bunun ölkə daxilindən gələcəyini ehtimal edib.

ATOM BOMBASI
“Qapıların yaxınlığında və iki şəhər içində bənzəri olmayan fəlakət yaşanacaq. Vəba içində qıtlıq olacaq. İnsanlar poladla söndürüləcək, ölümsüz Tanrıdan yardım istəyərək ağlayacaqlar”.

RUSİYAYA ASTEROİD DÜŞƏCƏK
Rusiyaya 2020-ci ildə nəhəng asteroid düşəcək.

Zümrüd
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp


























.jpg)
.jpg)





