Dünya
Koronavirus laboratoriyadan yayılıb? - İDDİA
Xəbər verdiyimiz kimi, ötən ilin 31 dekabrında Çinin Vuhan şəhərində meydana çıxan koronavirus yüzlərlə adama yoluxub, 41 nəfərin isə ölümünə səbəb olub.
Publika.az xəbər verir ki, iddialara görə, koronavirusun ilk dəfə ortaya çıxdığı Vuhan şəhərində 2017-ci ildə virus laboratoriyası inşa edilib və məlum virus həmin laboratoriyadan yayılıb.
Belə ki, üç il əvvəl laboratoriyanın inşasına qarşı çıxan elm adamları təhlükəni hiss edərək “virusların nəzarətdən çıxıb, laboratoriyadan kənara sızması” barədə xəbərdarlıq edib. Ancaq çinli mikrobioloqlar dünyanın ən böyük bioloji təhdidləri ilə mübarizə aparmaq üçün yetərincə güclü “elit heyət”lərinin olduqlarını bildirərək, xəbərdarlığa məhəl qoymayıblar.
Çin Elmlər Akademiyası və Pekin Patogen Mikrobiologiya və İmmunologiya Laboratoriyasının direktoru Gorg Qao 2017-ci ildə laboratoriyanın “Çin tədqiqatçıları üçün daha çox fürsət təqdim edəcəyini və BSL - 4 səviyyəli patogenlərin dünyaya fayda verəcəyini” söyləyib.
Qeyd edək ki, laboratoriya yanvar ayında Çin Milli Uyğunluq Qiymətləndirməsi Akreditasiya Xidməti (CNAS) tərəfindən BSL-4 standartlarını və meyarlarını qarşıladığı üçün sertifikatlandırılıb və fəaliyyətə başlayıb.
-
Sosial14:40"Telegram" bir gündə 100 mindən çox kanal və qrupu blokladı
-
Region13:17İranla ən çox ticarət edən 20 ölkə: Azərbaycan görün neçəncidir - SİYAHI
-
Rəsmi xronika12:57Prezident balaca Gülərin arzusunu belə reallaşdırdı - VİDEO
-
Region11:17Rusiyadan Türkiyəyə S-400 jesti: Bu ölkəyə satmasına mane olmayacaq
-
ABŞ10:20Tramp İran bataqlığında: ABŞ Yaxın Şərqdə müttəfiqlərinin etimadını itirir
-
Region09:49Ermənistan Aİİ-dən çıxsa, iqtisadiyyatı çökə bilər - Böyük zərbə xəbərdarlığı
-
Enerji09:00"Brent" markalı neft kəskin bahalaşdı
-
Magazin106:16Müğənni Dəniz yeni imici ilə müzakirə yaratdı - VİDEO










.jpg)



.jpg)
.jpg)




















