Dünya
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoydu
Tailandda leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 23 nəfər həlak olub.
Publika.az “The Nation” qəzetinə istinadla xəbər verir ki, sentyabrın 16-dan ölkənin Banqkok da daxil olmaqla 29 əyalətində leysan yağışları davam edir.
Tailandın Fövqəladə Halların Qarşısının Alınması və Nəticələrinin Aradan Qaldırılması Departamentinin (DDPM) məlumatına görə, təbii fəlakət 2,6 milyondan çox insana təsir edib.
Xilasetmə qrupları daşqınlardan zərər çəkmiş ərazilərdə sakinlərin təxliyəsini gücləndirib. Evlərini tərk etmək məcburiyyətində qalan insanlar üçün 200-dən çox müvəqqəti yerləşdirmə mərkəzi yaradılıb.
Hakimiyyət orqanları yağıntıların intensivliyinin azalacağını gözləyir. Bununla belə, bir sıra ərazilərdə güclü yağışlar, qəfil daşqınlar və torpaq sürüşmələri təhlükəsi qalmaqdadır.
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi



































.jpg)
