Dünya
Məşhur professor 3 günə koronavirusu məhv etmək üçün hər şeyi edib, amma hökumət... - SENSASİYA
Çindən bütün dünyaya yayılan yeni tip koronavirusla bağlı şok effekti verən faktlar ortaya çıxıb.
Publika.az xəbər verir ki, iddialar koronavirus ailəsinin öyrənilməsində dünyanın ən yaxşı mütəxəssislərindən biri hesab edilən professor Şi Zenqli barəsindədir.
“Yarasa qadın” ləqəbli bu professor ömrünün əksər ilini nəmli, qaranlıq, Günəş işığı görməyən mağaralarda elmi kəşflərə həsr edib. O, ötən ilin sonunda Çində ortaya çıxan sirli tənəffüs yolu xəstəliyinin yeni koronavirus növündən yarandığının təyin edilməsindən sonra Uhandakı yüksək təhlükəsizlikli laboratoriyaya çağırılıb. Virusu müəyyən edən testlər və ona qarşı peyvənd yaradılması üçün xəstəliyin genetik kompoziyasını araşdırıb və işini 3 gündə tamamlayıb.
Komandasının işi və sonrakı günlərdə əldə edilən məlumatlar virusun Cənubi Çinin bölgəsi olan Yunnandan 600 km məsafədə yerləşən mağaralardakı nalburunlu yarasalarla əlaqəli olduğunu ortaya qoyub. Faktlar 2002-ci ildə dünyanın 33 ölkəsinə yayılan SARS virusu ilə yeni tip koronavirusun bənzərliyini sübut edib. Lakin Çin hökuməti epidemiyanı ört-basdır etmək üçün “Yarasa qadın”ı susdurub.
Tənqidçilər səlahiyyətli şəxslərin epidemiya dünyaya yayılmazdan əvvəl nəzarətə götürülməsinin qarşısını aldığını iddia edir.
Epidemiyanın episentri Uhan şəhərində 76 gün karantində qalan jurnalist Qao Yu Şi Zenqli ilə əlaqə saxlamağa nail olub. O bildirib ki, laboratoriya institutu 2 yanvar tarixində genetik quruluşu və lazımi testlərin hazırlanması işini bitirib, lakin susdurulub.
Britaniyanın “Daily Mail” qəzeti eyni tarixdə Uhandakı Virologiya İnstitutunun müdiri Yanyi Vanqın heyətinə və vəzifəli şəxslərə xəstəlik haqqında bilgi verməmələrini əmr etdiyini yazıb. Uhan Virologiya İnstitutunun müdiri Yanyi Vanq Milli Səhiyyə Komitəsinin epidemiya ilə bağlı testlərin, kliniki bilgilərin, test və araşdırma nəticələrinin sosial media platformalarında yayımlanmaması, hökumətin rəsmi media orqanı daxil olmaqla, heç bir media qurumuna açıqlanmamasını tapşırdığını dilə gətirib.
Siyasi fəallar və Honkonq mediası tərəfindən təsdiq edilən sızıntılara görə, müdir Vanq araşdırmanın nəticələrinin təşviş yaradacağını və yanlış bilgi olduğunu söyləyib.
Bundan bir müddət əvvəl – dekabr ayında çinli həkim Li Venlianq SARS-a bənzəyən yeni tip koronavirus epidemiyasının başladığını açıqlamışdı. Koronavirusu ilk müəyyən edən 34 yaşlı həkim bu açıqlamasından sonra polis tərəfindən sorğuya çəkilmiş, ittiham olunmuş və sərt şəkildə xəbərdarlığa məruz qalmışdı. Həkim 3 fevralda koronavirusa yoluxaraq dünyasını dəyişmişdi.
Bundan 8 gün sonra Şanxaylı professor infeksiyaya yoluxmuş xəstədən nümunə götürərək araşdırma aparmış və açıq giriş platformasında genetik ardıcıllıq yayımlamışdı. Onun laboratoriyası 2 gün sonra “təmizlik” bəhanəsi ilə bağlandı.
O zamana qədər 1 həftədən uzun müddət Uhanda yeni yoluxmalar qeydə alınmayıb və virusun insandan-insana keçməsi ilə bağlı bilgi verilməyib. Lakin onlarla tibb işçisi artıq infeksiyaya yoluxmağa başlamışdı.
Ötən ay onlayn konfrans verən Şi Zenqli komandasının 14 yanvarda yeni virusun insanlara təsir göstərə biləcəyini, bu reallığın Çin tərəfindən açıqlanmasından 6 gün əvvəl tapdığını dilə gətirib. Eyni gün Ümumdünya Səhiyyə Təşkilatı Çinin insanların yoluxdurmasını rədd etdiyini dəstəkləyən tvit yayımladı. Bu bilgilər dünyanın ən güclü tibbi dərgisi olan“Nature”də 1 ay əvvəl yayımlanan bilgilərlə üst-üstə düşürdü. Məlumatlar virusun genetik quruluşunun Yunnandakı yarasalarda tapılan virusla 96% üst-üstə düşdüyünü ehtiva edirdi.
Yarasaların isə son otuz ildə böyük epidemiyanın mənbəyi olması tibbdə öz təsdiqini tapıb.
Zümrüd
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO