Dünya
Pandemiyadan sonra dünya bütün diqqətini bu sahəyə yönəldəcək: 36 ölkə yeni təhlükə ilə qarşı-qarşıya
Yeni dünya nizamında qida və kənd təsərrüfatı ən əhəmiyyətli yerə gələcək.
Publika.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Qida Haqqı üzrə xüsusi reportyoru, Kaliforniya Universitetinin professoru Elver qeyd edib.
Onun sözlərinə görə, hazırda dünyada 30 milyon insan təcili humanitar yardıma möhtacdır. Buna görə də koronavirus pandemiyası bitəndən sonra yeni dünya nizamında üstünlük qida və kənd təsərrüfatına veriləcək.
Ən kritik yerlər - Yəmən, Əfqanıstan və Cənubi Sudan
Koronavirus pandemiyası ilə birgə “2020 Qlobal Qida Böhranı Hesabatı”nın ciddi şəkildə dünya gündəminə oturduğunu vurğulayan Elver sənədin ilk 1-2 səhifəsində pandemiyadan əvvəl qıtlıqla bağlı proqnozların yazıldığını, pandemiyadan sonra bu rəqəmlərin 100% artacağı ehtimalı üzərində dayandığını bildirib: “Lakin bu, sadəcə ehtimaldır. Sənəddə qida böhranı məsələsində ən kritik ölkələrin Yəmən, Əfqanıstan, Cənubi Sudan, Şimali Nigeriya, Suriya, Venesuela, Zimbabve olduğu qeyd edilib. Buna əsasən, Afrika qitəsində 77 milyon, Yaxın Şərqdə 25 milyon insan qida böhranı ilə qarşılaşacaq.
Bu il 365 milyon insan qıtlığın sərhədində olacaq. 821 milyon nəfər isə hələ də xroniki aclıqdan əziyyət çəkir. Qida böhranı fenomeni qlobal şəkildə həll olunmamalıdır. Bu problemlə qarşılaşan ölkələr ya müharibədədir, ya da ciddi iqlim böhranında. Və ya iqtisadi embarqodan əziyyət çəkirlər. Bu ölkələrin öz imkanları ilə vəziyyəti düzəltmələri müzakirə mövzusu belə deyil. Dolayısı ilə humanitar yardım sisteminə müraciət etməliyik. Bu çərçivədə 30 milyon insana yardım etmək üçün 8 milyard dollara ehtiyac var”.
Aclıq pandemiyası
Professor bildirib ki, ABŞ, Çin, Rusiya kimi donor ölkələr təcili bu ölkələrə yardım etməlidir: “Ümumdünya Ərzaq Proqramının başındakı direktorun “İncil”də gördüyümüz qıtlığa bənzəyir və II Dünya müharibəsindən sonra belə bir şey görmədik” deməsi durumun nə qədər pis olduğunu göstərir”.
Ötən həftə yayımlanan “2020 Qlobal Qida Böhranı Hesabatı”na görə, dünyada 135 milyon insan kəskin qida etibarsızlığı ilə qarşı-qarşıyadır. Bu insanların yarısından çox Afrikada, 43 milyonu Yaxın Şərq və Asiyada, 18,5 milyonu Latın Amerikası, Karibdə yaşayır. Ümumdünya Ərzaq Proqramının direktoru Devid Bisli 36 ölkənin qıtlıq epidemiyası təhlükəsində olduğunu bildirib.
Zümrüd
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial26 Dekabr 17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial26 Dekabr 17:10
Əli Əsədov daha bir qərar imzaladı