Dünya
Koronavirusun fakturası o ölkələrə kəsildi: BMT ödəniş tələb edir
“Karbon emissiyası yayan sənayelərə pul ödətməyin zamanı gəlib”.
Publika.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş deyib.

Videokonfrans yoluyla danışan baş katib qeyd edib ki, postpandemiya zamanı itkiləri aradan qaldırmaqla iqlim dəyişikliyi ilə mübarizə tədbirləri paralel aparılmalıdır.
O, pandemiyanın ziyan vurduğu iqtisadiyyatlar canlandırılarkən hökumətlərin xərclərini karbon emissiyasını sıfıra endirməyə və yaşıl məşğulluq yaratmağa ayırmasının vacibliyini vurğulayıb: “Vergi mükəlləflərinin pulu təbii yanacaqları maliyyələşdirmək və kəskin karbon emissiyası yayan sənayeləri xilas etmək üçün istifadə olunmamalıdır”.
Quterreş başda atmosferə ən çox tullantı qaz atan ölkələr olmaqla, bütün dövlətləri 2050-ci ilə qədər sıfır karbon hədəfinə çatmaq üçün strategiyalar müəyyən etməyə çağırıb.
Jurnalistin “pandemiya ilə mübarizə mövzusunda həmrəy olub hələ ki, bir qərar qəbul edə bilməyən BMT Təhlükəsizlik Şurası sizdə məyusluq yaratdımı” sualına baş katib belə cavab verib: “Bu gün dünyada böyük güclər arasındakı münasibətlər funksiyasızdır. Bu da Təhlükəsizlik Şurasının beynəlxalq əməkdaşlıq məsələsində qərar verməsini çətinləşdirir. Xüsusilə güclü ölkələrin pandemiya və digər təhlükəsizlik məsələləri ilə mübarizə üçün toplaşıb uzlaşmasına ehtiyacımız var”.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
