Dünya
2 ölkə təsdiq etdi - Havanın istiləşməsi koronavirusun qarşısını alacaqmı?
Havanın istiləşməsi yeni tip koronavirus pandemiyasında əyləc rolunu oynayacaq.
Publika.az xəbər verir ki, mövzu ilə bağlı daha iki araşdırmanın nəticəsi təqdim edilib.
ABŞ-ın Massaçusets Texnologiya İnstitutu və Kanadanın Toronto Universitetinin ayırılıqda apardığı araşdırmalar nəticəsində məlum olub ki, 25 dərəcədən yuxarı hər 0,556 °C-lik artım virusun yoluxma riskini sadəcə 1,5% azaldır.
Toronto Universitetinin araşdırmaçıları mart ayından bəri ABŞ və Kanadada qeydə alınan 375 min 600-dən çox koronavirus xəstəsinin məlumatlarını incələyib. Araşdırmada istilik, rütubət, məktəblərin bağlanması və sosial məsafənin xəstəliyin yayılması üzərindəki təsiri qarşılaşdırılıb. Nəticədə havanın istiləşməsi ilə koronavirusun yayılma sürəti arasında diqqətçəkən əlaqə tapılmayıb.
Universitetin professor Dion Qesink pandemiyanın yayılma sürətinə təsir edən ən effektiv amilin karantin rejiminin tətbiqi olduğunu vurğulayıb.
Araşdırmanın ortaq yazarı Piter Cüni isə həm qabaqlayıcı tədbir, həm də istiliyin koronavirusun yayılmasında oynaya biləcəyi rollara dair araşdırma apardıqlarını, araşdırmanı şərtlərin çətinləşdirildiyi şəraitdə təkrarladıqda tam əks nəticə əldə olunduğunu bildirib.
Amerikalı elm adamları da kanadalı həmkarları ilə oxşar nəticələrə gəlib.
Massaçusets Texnologiya İnstitutunun Sistem Dinamnikası Fakültəsinin dosenti Xəzir Rəhmandad kəskin istilər və rütubət səviyyəsinin koronavirusun əlaqə faizlərini orta dərəcədə azalda biləcəyini, lakin pandemiyanın yay aylarında yavaşlamasının mümkün olmayacağını deyib. O bildirib ki, ən yaxşı ehtimalla, havanın istiləşməsi pandemiyaya nəzarətdə sadəcə ikincili rol oynaya bilər.
Zümrüd
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ailə məsələləri sizə əlavə xoşbəxtlik gətirəcək
-
Hadisə8 Oktyabr 23:48Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır - FOTO
-
İKT8 Oktyabr 23:36Azərbaycanda ən populyar süni intellekt çat-botu açıqlandı
-
Avropa8 Oktyabr 22:48İordaniya şahzadəsinin zinət əşyaları görün kim oğurlayıb
-
MDB8 Oktyabr 21:48İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar
-
İdman8 Oktyabr 21:36Messini yadplanetli adlandırdılar
-
Nida Xəbər 8 Oktyabr 20:36Əliyev və Paşinyan masa ətrafında danışdılar - VİDEO
-
Magazin18 Oktyabr 20:00"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - VİDEO

































