Dünya
Sakit okeanda ikinci dalğa gəlir - Minlərlə insan bir gündə...
Koronavirus pandemiyası ötən aydan bəri normallaşma prosesinə keçid edən Asiya-Sakit okean ölkələrində yenidən artmağa başlayıb.
Publika.az xəbər verir ki, İndoneziyada xəstəliyin ortaya çıxmasından bəri ən yüksək yoluxma sayı qeydə alınıb.
Ölkədə son 24 saat ərzində 1331 nəfər koronavirusa yoluxub. Bununla da ümumi say 42 min 762-yə çatıb. 63 nəfər dünyasını dəyişib və ölüm sayı 2 min 339 olub. Bu günədək 16 min 798 nəfər sağalıb.
Hökumət rəsmiləri normallaşma çərçivəsində pandemiyanın yayılmasına qarşı gigiyenik qaydalara əməl edilməsi, sosial məsafənin qorunması, maska taxılması kimi tədbirlərə riayət etmək çağırışları səsləndirir.
Yeni Zelandiya
Virusun yayılmasına qarşı gördüyü fövqəladə tədbirlər sayəsində ən az itki verməyi bacaran və dünyaya nümunə olan Yeni Zelandiya hazırda xaricdən gələn 3 nəfərin müalicəsi ilə məşğul olur. Ölkədə virusa yoluxan 1507 nəfərdən 1482 nəfəri sağalıb. 22 nəfər ölüb.
Yaponiya
Yaponiyada son sutka ərzində 67 nəfər virusa yoluxub. Ümumilikdə, xəstəliyə düçar olan 18 min 468 nəfərdən 950-si ölüb.
Malayziya
Malayziyada bu günədək 8 min 529 nəfər koronavirusa yoluxub, onlardan 8 min nəfəri xəstəliyə qalib gəlib. Son 4 gündür xəstəlik səbəbilə dünyasını dəyişən olmayıb. Hazırda 408 aktiv xəstə var.
Zümrüd
-
Yaxın Şərq15:55İsrail ordusu indi də Suriyaya girdi
-
MDB14:28Ukrayna son sutkada 1400-ə yaxın hərbçi itirib? - Şok iddia
-
Magazin214:20Trampın qızı qəribə geyimi ilə gündəm oldu - FOTO
-
Magazin214:0249 yaşlı Şakiranın yeni imici - FOTO
-
Enerji13:53İşğalda olan şəhərdə böhran - Benzin talonla alınacaq
-
İqtisadi gündəm12:24Yağışlar məhsuldarlığa mənfi təsir edib? - Bazarlarda meyvələrin qiyməti(VİDEO)
-
Yaxın Şərq11:53İsrail ordusu bu tarixi məkanı ələ keçirdi
-
Ekologiya11:25Azərbaycanın bu ərazisinə qar yağdı - FAKTİKİ HAVA



































