ÜST: Koronavirusdan ölənlərin sayı 484 mini keçdi
Bizi izləyin

Dünya

ÜST: Koronavirusdan ölənlərin sayı 484 mini keçdi

ÜST: Koronavirusdan ölənlərin sayı 484 mini keçdi

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 177 mindən çox artıb.

Publika.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 26-ı saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 177 012 nəfər koronavirusa yoluxub, 5 116 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 9 473 214, ölənlərin isə 484 249 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm