Dünya
Qorillaya görə 11 il türmədə yatacaq
Dağ qorillasını Uqandada öldürmüş ovçu Feliks Byamukama 11 il həbs cəzasına məhkum edilib. Bu barədə BBC məlumat yayıb.
Publika.az TASS-a istinadla xəbər verir ki, məhkəmədə F.Byamukamanın vəkili onun özünümüdafiə məqsədilə qorillanı öldürdüyünü sübut etməyə çalışsa da, hakimlər bu izahatı qəbul etməyiblər.
Uqandanın Bvindi qoruğunda yaşayan Rafiki adlı 25 yaşlı erkək qorilla iyunun 2-də ölü vəziyyətdə tapılıb. Yarasından qorillanın nizə ilə deşildiyi görünürdü. Polis axtarışa başlayıb və şübhəli bilinən şəxs ovçu aləti ilə qonşu kənddəki qoruqda aşkarlanıb. Feliks Byamukama Bvindi ərazisində kiçik heyvanların ovuna çıxdığını etiraf edib. Bundan başqa, F.Byamukamanı müşayiət edən üç nəfər saxlanılıb. Onları da məhkəmə gözləyir.
Dağ qorillaları Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən məhvolma təhlükəsi son həddə çatmış növlərin siyahısına daxil edilib. 1985-ci ildə vəhşi təbiətdə cəmi 300 dağ qorillası var idi. Lakin beynəlxalq birliyin, Uqanda, Ruanda və Konqo Demokratik Respublikası hökumət orqanlarının səyləri nəticəsində onların sayında artım baş verir. 2019-cu ilin məlumatına görə, onların sayı 1063-ə çatıb.
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi






























.jpg)


