Dünya
Daha bir TƏHLÜKƏ: Ağcaqanadlar qorxulu xəstəlikləri yaya bilər
Alimlər xəbərdarlıq edirlər ki, yaxın onilliklər ərzində ağcaqanadlar vasitəsi ilə yayılan Denge, Çikunqunya, Zika və digər təhlükəli tropik infeksiyaların Cənubi və Şərqi Avropa və Şimali Amerikada yayılma təhlükəsi mövcuddur. Bu da öz növbəsində nadir xəstəliklərin epidemiyalara çevrilməsinə səbəb olacaq. Əsas səbəb isə qlobal istiləşmədir.
Publika.az xəbər verir ki, bu virusların daşıyıcısı əsasən “Aedes aegypti” ağcaqanadıdır. Ağcaqanad insanlarda və heyvanlarda daxili orqanlara ciddi ziyan vuran “Dirofilaria” cinsinin filamentoz qurdlarının sürfələrini daşıyır.
Həşəratların yaşadığı yer Afrika materikidir. Bu gün həmin ağcaqanad bütün tropik bölgələrdə yaşayır, lakin mütəxəssislərin proqnozlarına görə, tezliklə təhlükəli həşərat şimala hücum edəcək. Bununla bağlı hətta, Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Mütəxəssisləri Konqresi də xəbərdarlıq etmişdi.
Artıq avqust ayında Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin mütəxəssisləri Fransanın Yer şəhərində Zika virusuna yoluxma qeydə alıblar.
Ötən il isə Rusiyanın mərkəzi hissəsinə Misirdən və Cənub Şərqi Asiyadan Denge, Çikungunya, Zika və sarı qızdırma viruslarının daşıyıcıları olan təhlükəli həşəratlar köç edib. Qeyd olunur ki, cənub bölgələrində müəyyən xəstəliklərin yayılması qeydə alınmışdı. Ağcaqanadların bu ərazilərə gedib çıxmasına əsas faktor qlobal istiləşmədir. / "Report"
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
-
Dünya10:06İsraildən Türkiyə ilə bağlı etiraf: “Alov halqası" bizi sürətlə əhatə edir
-
Sosial09:57Aparat rəhbəri vəzifəsindən getdi
-
Ekopublika.az08:49Kredit borcu olanlar oxusun: Yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar













.jpg)


.jpg)














