Dünya
"Gallup": Əhali pandemiyaya qarşı mübarizədən razıdır
Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə sahəsində atılan addımlar və əldə olunan nəticələr ölkə əhalisi tərəfindən məmnunluqla qarşılanır. Keçirilən sosioloji tədqiqatlar da sübut edir ki, vətəndaşlar onların təhlükəsizliyi və sağlamlığı istiqamətində görülən kompleks tədbirləri yüksək qiymətləndirirlər.
Publika.az zəbər verir ki, nüfuzlu “Gallup International” təşkilatının dünyanın 47 ölkəsində keçirdiyi qlobal “İlin yekunları” tədqiqatının nəticələrinə görə, vətəndaşların hökumətin pandemiya ilə mübarizəsindən razılıq səviyyəsinə görə Azərbaycan liderlər sırasındadır. Belə ki, Azərbaycanda əhalinin böyük əksəriyyəti hökumətin koronavirusla bağlı yaranmış vəziyyətin öhdəsindən uğurla gəldiyi qənaətindədir.
Tədqiqata görə, ilk iki yerdə Vyetnam və Cənubi Koreya qərarlaşıb – bu ölkələrdə əhalinin 90-100 faizi hökumətin tədbirlərindən razıdır. Hindistan və Azərbaycanda isə rəyi soruşulanların 86 faizi bu məsələdə hökumətə dəstəklərini ifadə ediblər.
Qeyd edək ki, sorğuda 47 ölkədən 44 mindən artıq insan iştirak edib.
2010-cu ildən “Oxford” universitetinin nəzdində fəaliyyət göstərən “Blavatnik School of Government” da bu istiqamətdə sosioloji tədqiqat keçirib. Tədqiqat çərçivəsində 2020-ci ilin martından başlayaraq dünyanın 180-dən çox ölkəsinin COVID-19 ilə bağlı siyasətinə dair xüsusi indeks hazırlanır və gündəlik olaraq yenilənir.
Bu il yanvarın 1-nə olan nəticələrə görə, Azərbaycan bu indeks üzrə 84,26 bal toplayaraq Gürcüstan, Yunanıstan, Honduras, İtaliya, Liviya, Hollandiya və Venesuela ilə birlikdə 4-11-ci yerləri bölüşür. Ölkəmizin bu indeksdə ən yüksək reytinqi 2020-ci ilin avqustunda Honduras və Omandan sonra 93,52 bal ilə 3-cü yerdə qərarlaşması olub.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular



































.jpg)

.jpg)