Dünya
ÜTT-yə ilk dəfə qadın rəhbərlik edəcək
Nigeriyalı iqtisadçı və keçmiş maliyyə naziri xanım Nqozi Okonyo-İveala Ümumdünya Ticarət Təşkilatının (ÜTT) yeni baş direktoru seçilib.
Publika.az xəbər verir ki, 164 üzv ölkəni ətrafında birləşdirən beynəlxalq təşkilatın qərarı Cenevrədəki onlayn iclasında üzv ölkələrin səfirləri tərəfindən qəbul edilib. 66 yaşlı iqtisadçı vəzifə səlahiyyətlərinin icrasına martın 1-də başlayacaq.
Qeyd edilməlidir ki, N.Okonyo-İveala beynəlxalq quruma baş direktor seçilməsi ilə ÜTT tarixində ilk qadın və Afrikadan seçilən ilk rəhbər olub. Donald Tramp administrasiyası nigeriyalı iqtisadçının namizədliyinə qarşı çıxdığına görə, seçki prosesində uzun ləngimə yaranmışdı. Co Bayden prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra ABŞ-ın yaratdığı maneə aradan qalxıb.
N.Okonyo-İveala iki dəfə Nigeriyanın maliyyə naziri, sonra isə 25 il Dünya Bankından yüksək vəzifələrdə çalışıb. Onun son çalışdığı iş yeri koronavirusa qarşı peyvənd maddələrinin bütün dünyada ədalətli paylanmasına koordinasiyanı həyata keçirən Beynəlxalq Peyvənd Təşəbbüsünün (GAVİ) icra şurası olub və şuraya rəhbərlik edib.
N.Okonyo-İveala ÜTT rəhbərliyini təşkilatın ən ağır böhran içində olduğu dövrdə qəbul edir. Koronavirus pandemiyasının beynəlxalq ticarətə vurduğu ağır zərbə ilə yanaşı son illərdə ABŞ və Çin arasında gömrük cəzaları, iqtisadi maneələr təşkilatın beynəlxalq nüfuzunu aşağı salıb.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)




















.jpg)
.jpg)

