Dünya
BMT-dən dünyaya DƏHŞƏTLİ XƏBƏRDARLIQ
Dünyaya ərzaq çatışmazlığı xəbərdarlığı edilib.
Publika.az xəbər verir ki, koronavirus pandemiyası böhranı səbəbindən kasıb ölkələrdə yaşayan insanlar qida çatışmazlığı riski altındadır.
“The Guardian” yazır ki, bu, Birləşmiş Millətlər Təşkilatında səsləndirilib.
Demək olar ki, bütün dünyada ərzağın qiyməti bahalaşıb. Bəzi ölkələrdə isə müəyyən təbəqə insanlar üçün tamamilə əlçatmaz olub.
BMT-nin 2021 Qida Sistemləri Zirvəsi üzrə xüsusi nümayəndəsi Aqnes Kalibata bu il vəziyyətin keçən ilə nisbətən daha mürəkkəb göründüyünü söyləyib. O əlavə edib ki, bir çox insanın qida və tədarükü tükənib.
Kalibatanın proqnozlarına görə, COVID-19 və onun iqtisadi nəticələri ilə mübarizə ən azı 5 il çəkə bilər. O, qiymətləri aşağı səviyyədə saxlamaq və məhsulların insanlara çatmasını təmin etmək lazım olduğunu da bildirib.
2020-ci ildə dünya ərzaq və xammal qiymətləri son 3 ilin rekordunu qırıb. Ötən ilin dekabrında indeksin son altı ildə ən yüksək səviyyədə qeydə alındığı noyabrla müqayisədə 2,2% və ya 107,5 pillə yüksəlib.
Mütəxəssislər ərzaq qiymətlərindəki artımı yalnız pandemiya ilə əlaqələndirmirlər. Onların fikrincə, qiymət dinamikası tələb və təklif nisbətindən asılıdır.
Zümrüd
-
İdman18:10Azərbaycan Litvaya qarşı: ikinci hissə başladı - CANLI/YENİLƏNİR
-
MDB17:00Kəşfiyyatdan şok məlumat: Rusiyanın minə yaxın ballistik raketi var
-
Maraq dünyası16:43Heyvanlarda da qisas hissi olurmuş - Şok video
-
Sağlamlıq16:0610 dəqiqəlik asta qaçış möcüzə yaradırmış - Araşdırma
-
İdman15:58Ronaldonun qarşısında papağımı çıxarıram! - Zidan
-
İdman15:00Lyubinskas: Azərbaycan və Litva futbolunda tənəzzül yaşanır
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar































.jpg)